Son dəqiqə
Tramp əlində avtomatla İranı hədələdi - FOTOYaponiyada naməlum şəxs məktəblilərə və polislərə hücum edib: Yaralılar var - VİDEOMarneulidə 10 yaşlı Eldar Hüseynovun ölümünə səbəb olan sürücü saxlanılıbMəktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxunduECO-nun turizm nazirlərinin 7-ci görüşündə "Şuşa Bəyannaməsi" qəbul olunubİsrail ordusu HƏMAS-ın hərbi kəşfiyyat rəisini məhv edib - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Qərbi Azərbaycan Xronikası: "Ermənilər azərbaycanlı qadının üstünə benzin töküb yandırdılar" - VİDEO
Qərbi Azərbaycan Xronikası: "Ermənilər azərbaycanlı qadının üstünə benzin töküb yandırdılar" - VİDEO
Siyasət

Qərbi Azərbaycan Xronikası: "Ermənilər azərbaycanlı qadının üstünə benzin töküb yandırdılar" - VİDEO

28 mart 2026
00:16
0 baxış
Paylaş:

Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Saqqallı ermənilər hərbi maşınlara güllə atırdılar" adlı veriliş Loru mahalı, Cəlaloğlu rayonu, Puşkino kənd sakini Şaban Həsənovun həyat hekayəsinə həsr olunub.

O, 1959-cu ildə anadan olduğunu, uşaqlıq, gənclik illərinin kənddə keçdiyini deyib: "Orta məktəbi rus dilində oxumuşuq. Kənd 371 evdən ibarət idi. Onun 51 evi azərbaycanlı, qalanı ruslar idi. Erməni yaşamırdı. Ruslarla birgə çox mehriban yaşamışıq. Kənd düzənlikdə yerləşirdi, ətrafı hamısı dağ və meşə idi. Hər fəslin öz gözəlliyi var idi. Novruz bayramını keçirir, adət-ənənəmizi qoruyub saxlayırdıq. Ailədə beş uşaq idik".

Onun sözlərinə görə, qazaxlılar tayfasından olan babamın atası bəy olub, Stalin hakimiyyətə gələndən sonra mal-mülkünü əlindən alıblar: "Babam və nənəm həmişə 1915-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırımı necə törətdiyindən danışırdılar".

Kənd sakini şahid olduğu hadisəni belə şərh edib: "1988-ci ilin oktyabr-noyabr ayında erməni qarasaqqallıları kəndə gəlib deyirdilər ki, türklər buradan çıxsınlar, yoxsa qıracağıq. Biz buraya Sumqayıt qaçqınlarını yerləşdirəcəyik. Onlar vaxt qoymuşdular. Mən əsgərlikdən gələndən sonra kənddə yerləşən hərbi hissədə işə düzəlmişdim. Dinc əhali hərbi hissənin komandirinə müraciət etmişdi ki, yardım etsin. Biz camaatı kazarmaya yerləşdirdik. Bir həftədən sonra komandirin tapşırığı ilə camaatı 11 hərbi maşınla Qazaxa göndərdik. Yolda ermənilər dörd maşını güllələmişdilər. Qasım Mustafayev adlı şəxs yaralanmışdı. Qonşu Gərgərli kəndindən Bəsti Mustafayevanı ermənilər döyüb, sonra benzin töküb yandırmışdılar. Biz camaatı çıxarandan sonra hərbi hissədə qaldıq. 1988-ci il dekabrın 6-da Gürcüstana, oradan da qatarla Bakıya gəldik".

Ş.Həsənov kəndin icma sədri kimi sakinlərlə görüşdüyünü, hamının qayıtmağa hazır olduğunu bildirib: "Ora bizim Vətən, doğulduğumuz yerdir. Hər zaman ürəyimizdədir. O kəndin ab-havasının, suyunun həsrətini çəkirik. Qəbirlərimiz orada qalıb. Hamımız qayıtmaq və öz Vətənimizdə yaşamaq istəyirik. İnanırıq ki, gec-tez qayıdacağıq".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Gənclər Forumu keçiriləcəkSiyasət

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Gənclər Forumu keçiriləcək

30 aprel - 1 may tarixlərində paytaxtımızda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" adlı beynəlxalq Gənclər Forumu keçiriləcək.

Bu gün
11:420
Şahin Mustafayev Ermənistanda səfərdədirSiyasət

Şahin Mustafayev Ermənistanda səfərdədir

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib.

Bu gün
11:050
Şahin Mustafayev Ermənistanda səfərdədir - FOTOSiyasət

Şahin Mustafayev Ermənistanda səfərdədir - FOTO

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir.

Bu gün
11:050
Arzu Əliyeva Şəki səfərindən paylaşım edib - FOTOSiyasət

Arzu Əliyeva Şəki səfərindən paylaşım edib - FOTO

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Şəki səfəri ilə bağlı paylaşım edib.

Bu gün
10:240