Son dəqiqə
Türkiyədə vəhşicəsinə öldürülmüş Narin Güranın qətlində yeni DETALLARHərrac vədi ilə 65 minlik dələduzluq işinə dair QƏRAR VERİLDİMədəniyyət Nazirliyinin strukturunda yeni şöbə və sektorlar yaradılıbABŞ-nin pilot əməliyyatı, yoxsa zənginləşdirilmiş uranı götürmək cəhdi? - İrandan HEYRƏTAMİZ İDDİAABŞ-də Çinlə əlaqəli gizli biolaboratoriyalar aşkarlandıBakıda 54 yaşlı kişi maşında öldü
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Kişi ondan boşanmaq istəyən arvadını çalışdığı marketdə döydü
Kişi ondan boşanmaq istəyən arvadını çalışdığı marketdə döydü
Kriminal

Kişi ondan boşanmaq istəyən arvadını çalışdığı marketdə döydü

Bu gün
15:16
0 baxış
Paylaş:

Saatlı Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zabit Bəşirovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Saatlı Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zabit Bəşirovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, hakim Vüqar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

İttihama görə, Zabit Bəşirov boşanma ərəfəsində olduğu həyat yoldaşı, zərərçəkmiş Raya Bəşirovanın (adı və soyadı şərtidir) işlədiyini güman etdiyi Saatlı şəhərində yerləşən marketlərin birinə 2026-cı il fevralın 18-də saat 13:30-də gəlib. O, marketə daxil olaraq qadını görüb onun yanına yaxınlaşıb və boşanmaq istəmədiyini, həmçinin həmin obyektdə onun xəbəri olmadan işləməsini bəhanə edərək mübahisə yaradıb.

Daha sonra Zabit heç bir əsaslı səbəb olmadan, marketin işçiləri və müştərilərinin gözü qarşısında ictimai qaydanı kobud şəkildə pozaraq cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib.

Belə ki, təqsirləndirilən şəxs market daxilində malların yığıldığı vitrinlərin arasında, kənar şəxslərin yanında Rayaya qəsdən şillə ilə sifət nahiyəsindən zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə sol yanağın selikli qişasında yara, sol yanaq nahiyəsində qançır, eləcə də yerə yıxılması nəticəsində bədənin müxtəlif nahiyələrində - sol bazunun orta hissəsində, sol baldırın yuxarı hissəsində qançırlar, sağ saidin aşağı hissəsində və sağ topuq nahiyəsində sıyrıqlar kimi xəsarətlər yetirilib.

İstintaqla, həmçinin müəyyən olunub ki, Zabit törətdiyi hərəkətlərlə kifayətlənməyərək xuliqanlıq əməllərini davam etdirib. O, kənar şəxslərin yanında qadının qolundan və paltarından tutaraq fiziki zor tətbiq edib, onu bıçaqla öldürəcəyi ilə hədələyib.

Bundan sonra Rayanı zorla marketin binasından çıxararaq yaxınlıqda yerləşən parka aparıb.

Hadisədən sonra Zabit Bəşirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Qəsdən_sağlamlığa_zərərvurma#İctimai_asayişin_pozulması_(Xuliqanlıq)#Qadınlara_qarşı_zorakılıq#Saatlı_rayonu#Saatlı_Rayon_Məhkəməsi#Azadlığın_məhdudlaşdırılması

Oxşar Xəbərlər

Hərrac vədi ilə 65 minlik dələduzluq işinə dair QƏRAR VERİLDİKriminal

Hərrac vədi ilə 65 minlik dələduzluq işinə dair QƏRAR VERİLDİ

Hərrac dələduzluğunda təqsirləndirilən Ceyhun Hüseynov və Lalə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün
17:500
Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanıldıKriminal

Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu gün
16:560
Qadınları fahişəliyə cəlb edən şəxsə hökm oxunduKriminal

Qadınları fahişəliyə cəlb edən şəxsə hökm oxundu

Fahişəliyə cəlbetmədə təqsirləndirilən Ceyla Səmədovanın (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bu gün
13:480
10 nəfərdən rüşvət almaqda təqsirləndirilən bağça müdiri ilə bağlı YENİ MƏLUMATKriminal

10 nəfərdən rüşvət almaqda təqsirləndirilən bağça müdiri ilə bağlı YENİ MƏLUMAT

Zaqatala şəhəri Aydın Əhmədov adına 6 saylı körpələr evi və uşaq bağçasının sabiq müdiri Lətifə Hasilovanın qanunsuz əməllərinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu gün
12:560