
Yaxın Şərqdəki gərginlik Misir iqtisadiyyatını çökdürdü: Hökumət hərəkətə keçdi
Misirin paytaxtı Qahirənin mərkəzində Yaxın Şərqdəki gərginlik fonunda artan elektrik enerjisi xərclərini azaltmaq məqsədilə hökumət yeni qərar qəbul edib. Sərəncama əsasən, kafelər, mağazalar və restoranlar hazırda daha tez bağlanacaq.
Misirin paytaxtı Qahirənin mərkəzində Yaxın Şərqdəki gərginlik fonunda artan elektrik enerjisi xərclərini azaltmaq məqsədilə hökumət yeni qərar qəbul edib. Sərəncama əsasən, kafelər, mağazalar və restoranlar hazırda daha tez bağlanacaq.
Gundem.today xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb. Yeni tətbiq edilən qaydalara görə, ticarət obyektləri həftəiçi saat 21:00-da, həftəsonu isə 22:00-da fəaliyyətini dayandırır. Kopt Pasxası dövründə bu müddətin 23:00-a qədər uzadılması gözlənilir.
Məlumata görə əvvəllər turistlər və yerli sakinlər gecəyarısına qədər küçələrdə və kafelərdə vaxtlarını keçirə bilirdilər.
Baş nazir Mustafa Madbuli tədbirləri Misirin idxal olunan yanacağa yüksək asılılığı ilə izah edib. Bildirib ki, münaqişə başlayandan bəri ölkədə aylıq enerji idxalı xərcləri ikiqat artaraq 2.5 milyard dollara çatıb. Məlumata görə illik 20 milyard dollarlıq neft büdcəsinin təxminən 60%-i elektrik şəbəkəsinin saxlanmasına xərclənir.
Məlumata görə, kiçik müəssisələr artıq təzyiqi hiss ediblər. Dükan və kinoteatr sahibləri gəlirlərinin 60%-ə qədər azaldığını bildirirlər. Paytaxt Qahirədə məşhur bazarların və tarixi yerlərin erkən bağlanması turizm sektorunda mənfi təsir göstərib.
Bundan başqa hökumət enerjiyə qənaət üçün əlavə tədbirlər də həyata keçirib: yanacağın qiyməti qaldırılıb, bazar günləri distant iş rejimi tətbiq edilib və küçə işıqlandırılması azaldılıb. İqtisadçıların xəbərdarlığına görə, obyektlərin tez bağlanması bütün iş yerlərinin təqribən üçdə ikisini təşkil edən qeyri-rəsmi iqtisadiyyata qeyri-mütənasib şəkildə zərbə vurur. Münaqişənin əvvəlindən bəri Misir funtu dəyərinin təxminən 15%-ni itirib, mart ayında isə inflyasiya səviyyəsi 13.6% təşkil edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyədə vəhşicəsinə öldürülmüş Narin Güranın qətlində yeni DETALLAR
Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda 2024-cü il avqustun 21-də yoxa çıxan və 19 gün sonra, 2024-cü il sentyabrın 8-də Eğertutmaz çay dərəsində cansız bədəni tapılan 8 yaşlı Narin Güranın qətli ilə bağlı yeni detallar ortaya çıxıb.
DünyaABŞ-nin pilot əməliyyatı, yoxsa zənginləşdirilmiş uranı götürmək cəhdi? - İrandan HEYRƏTAMİZ İDDİA
"ABŞ-nin İranda qəzaya uğramış "F-15E" qırıcısının heyətini xilas etmək məqsədilə həyata keçirdiyi əməliyyat əslində İsfahanda yerləşən obyektdən zənginləşdirilmiş uranın oğurlanması məqsədini daşıya bilərdi".
DünyaABŞ-də Çinlə əlaqəli gizli biolaboratoriyalar aşkarlandı
ABŞ-də Çinə bağlılığı ehtimal edilən qeyri-qanuni biolaboratoriyaların aşkarlanması təhlükəsizlik ekspertlərinin ciddi narahatlığına səbəb olub.
DünyaHörmüz boğazından gəmilərin keçidi müharibə dövrünün pik həddinə çatdı
Hörmüz boğazından gəmilərin keçidi müharibə müddətindəki ən yüksək göstəriciyə çatıb.