
Qızıl mədənində çalışan işçilərin MAAŞ PROBLEMİ: Ödənişlər niyə yubadılır? - VİDEO
"Yol Tikinti Servis" MMC-də çalışan bir qrup şəxs aylardır əməkhaqqını ala bilməməkdən şikayət edir.
"Yol Tikinti Servis" MMC-də çalışan bir qrup şəxs aylardır əməkhaqqını ala bilməməkdən şikayət edir.
Baku TV-nin məlumatına görə, ağır materialların daşınması ilə məşğul olan şirkətdə sürücü və digər texniki işlərdə çalışan şəxslər bildirirlər ki, ödənişlərin verilməsi beş aya yaxındır müxtəlif bəhanələrlə yubadılır.
Şikayətçilərdən biri bildirib ki, ilyarım həmin müəssisədə çalışsa da, hazırda 1 300 manat alacağını ala bilmir. O, həmçinin heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığını və artıq altı aydır ödənişlə bağlı boş vədlər verildiyini vurğulayıb.
Məsələ ilə bağlı "AzerGold" QSC-nin şöbə müdiri Ariz Tarverdiyev qeyd edib ki, səhmdar cəmiyyətlə "Global Mining" MMC arasında 6 dekabr 2022-ci il tarixində imzalanmış müqavilənin qüvvədə olma müddəti bu il fevralın 6-da başa çatıb: "Global Mining" MMC qeyd olunan müqavilə çərçivəsində "AzerGold"un Göygöl rayonunun Tülallar kəndində yerləşən eyniadlı qızıl mədənində süxur daşıma və digər əlaqəli işləri podratçı qismində icra edib.
Görülmüş işlərə görə bütün ödənişlər "AzerGold" tərəfindən tam şəkildə və nəzərdə tutulmuş müddətdə həyata keçirilib. Hazırda adıçəkilən şirkətlə hər hansı aktiv müqavilə və ya borc öhdəliyi yoxdur".
Ariz Tarverdiyev vurğulayıb ki, "Global Mining" MMC-nin öz subpodratçıları və ya əməkdaşları qarşısında yarana biləcək hər hansı öhdəlikləri "AzerGold" QSC-yə aid deyil və şirkət bu kimi hallara görə məsuliyyət daşımır: "Eyni zamanda müqavilənin hüquqi qüvvəsinin başa çatması səbəbindən qeyd olunan məsələ ilə bağlı hər hansı təsir və ya müdaxilə imkanları da mövcud deyil".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSumqayıtda qəzalı vəziyyətdə olan xəstəxana sökülür
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan, Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli Şəhər Xəstəxanasının binası qəzalı vəziyyətə görə mərhələli şəkildə boşaldılır.
CəmiyyətAzərbaycanda birinci sinfə qəbulla bağlı yenilik edilib
Dövlət ümumi təhsil müəssisələrində dövlət standartları əsasında digər dildə təhsil almaq istəyən şagirdlərin həmin tədris dili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib.
CəmiyyətDövlət məktəblərində xarici dildə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət ümumi təhsil müəssisələrində dövlət standartları əsasında digər dildə təhsil almaq istəyən şagirdlərin həmin tədris dili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib.
Cəmiyyət"WUF13 Azerbaijan": Bakı qlobal dialoqa ev sahibliyi etməyi səbirsizliklə gözləyir - VİDEO
Bakı Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) qonaqlarını qarşılamağı səbirsizliklə gözləyir.