Son dəqiqə
Bakıda evdə yanğın olub, 87 yaşlı qadın həyatını itirib - VİDEOCərimə hesabına qəzaları azaltmaq mümkündür? - VİDEOKİV: ABŞ Ədliyyə Nazirliyi sabiq FTB direktoruna yenidən ittiham irəli sürdüSumqayıtda qəzalı vəziyyətdə olan xəstəxana sökülürAvropada bir ilk: İngiltərədə yalnız qadın futbolu üçün stadion tikiləcəkAzərbaycanda birinci sinfə qəbulla bağlı yenilik edilib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Serbiya yaxın vaxtlarda iri neft emalı kompleksini satmağı planlaşdırır
Serbiya yaxın vaxtlarda iri neft emalı kompleksini satmağı planlaşdırır
Dünya

Serbiya yaxın vaxtlarda iri neft emalı kompleksini satmağı planlaşdırır

Bu gün
23:12
0 baxış
Paylaş:

Serbiyanın "Naftna industrija Srbije" neft emalı kompleksində Rusiyaya məxsus payın satışı ilə bağlı razılaşmanın bağlanmasına bir aydan az vaxt qalıb.

Serbiyanın "Naftna industrija Srbije" neft emalı kompleksində Rusiyaya məxsus payın satışı ilə bağlı razılaşmanın bağlanmasına bir aydan az vaxt qalıb.

Gundem.today "Blic" nəşrinə istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.

Qeyd olunur ki, NIS 2025-ci ilin yanvarından ABŞ sanksiyaları altındadır. Vaşinqton şirkətdə Rusiya strukturlarının tam çıxarılmasını tələb edib. 2026-cı ilin aprelində ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət edən bölməsi NIS-in cari fəaliyyətinə icazəni iyunun 16-dək uzadıb.

Vuçiç bildirib ki, yanacağın bahalaşması və sanksiya təhlükəsi Serbiya üçün ciddi çətinliklər yaradır. Onun sözlərinə görə, məhdudiyyətlər ləğv olunmayıb, sadəcə təxirə salınıb və istənilən an qüvvəyə minə bilər.

"Təsəvvür edin, biz nə ilə üz-üzəyik: sanksiyalar aradan qaldırılmayıb, onların tətbiqi sadəcə təxminən bir ay sonraya - NIS üzrə razılaşmanın yekunlaşdırılmalı olduğu vaxta keçirilib", - deyə Serbiya lideri bildirib.

Prezident neft qiymətlərinin artmasını ABŞ və İran daxil olmaqla iri beynəlxalq oyunçuların bəyanatları ilə əlaqələndirib və ölkənin "çox çətin vəziyyətdə" olduğunu qeyd edib. Vuçiç əlavə edib ki, yanacağın bahalaşmasını cilovlamaq üçün Serbiya artıq aksiz gəlirlərini dörddəbir azaldıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Aleksandar_Vuçiç#Serbiya#Rusiya_Federasiyası#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Neftin_qiyməti

Oxşar Xəbərlər

KİV: ABŞ Ədliyyə Nazirliyi sabiq FTB direktoruna yenidən ittiham irəli sürdüDünya

KİV: ABŞ Ədliyyə Nazirliyi sabiq FTB direktoruna yenidən ittiham irəli sürdü

ABŞ Ədliyyə Nazirliyi Federal Tədqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komiyə qarşı yenidən ittiham irəli sürüb.

Bu gün
00:000
Hindistanlı milyarderin oğlu Eskobarın begemotlarını xilas etmək istəyirDünya

Hindistanlı milyarderin oğlu Eskobarın begemotlarını xilas etmək istəyir

Hindistanlı milyarder Mukeş Ambaninin oğlu Anant Ambani Kolumbiya hakimiyyətinin məhv etməyi planlaşdırdığı 80 begemotu ölkədən çıxarmağı təklif edib.

Bu gün
22:480
İsveçrədə Özbəkistanın sabiq prezidentinin qızı barəsində cinayət işi dayandırılıbDünya

İsveçrədə Özbəkistanın sabiq prezidentinin qızı barəsində cinayət işi dayandırılıb

İsveçrədə Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı açılmış cinayət işi prosessual maneələr səbəbindən dayandırılıb.

Bu gün
22:240
ABŞ-nin Türkiyədəki səfiri: "Sülh içində yeni Cənubi Qafqaz regionu formalaşır"Dünya

ABŞ-nin Türkiyədəki səfiri: "Sülh içində yeni Cənubi Qafqaz regionu formalaşır"

"Sülh içində yeni Cənubi Qafqaz regionu şəkillənir".

Bu gün
22:000