
Hindistanlı milyarderin oğlu Eskobarın begemotlarını xilas etmək istəyir
Hindistanlı milyarder Mukeş Ambaninin oğlu Anant Ambani Kolumbiya hakimiyyətinin məhv etməyi planlaşdırdığı 80 begemotu ölkədən çıxarmağı təklif edib.
Hindistanlı milyarder Mukeş Ambaninin oğlu Anant Ambani Kolumbiya hakimiyyətinin məhv etməyi planlaşdırdığı 80 begemotu ölkədən çıxarmağı təklif edib.
Gundem.today xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.
Söhbət vaxtilə narkobaron Pablo Eskobar tərəfindən Afrikadan Kolumbiyaya gətirilərək şəxsi zooparkında saxlanılan begemotlardan gedir.
Məlumata görə, Anant Ambani Kolumbiya hökumətinə müraciət edərək heyvanların məhv edilməsi (evtanaziya) planını dayandırmağı xahiş edib. O, begemotları Hindistanın qərbində yerləşən "Vantara" zooparkına köçürməyi təklif edib. Ambani heyvanların peşəkar baytarların nəzarəti altında saxlanılmasını və onlar üçün xüsusi hazırlanmış təbii yaşayış mühitinin yaradılmasını təmin edəcəyini bildirib.
Xatırladaq ki, 1980-ci illərdə Pablo Eskobar Kolumbiyanın mərkəzindəki şəxsi zooparkı üçün iki begemot gətirmişdi. 1993-cü ildə narkobaronun ölümündən və əmlakının müsadirə olunmasından sonra heyvanlar vəhşi təbiətə buraxılıb, nəzarətsiz çoxalaraq yerli əhali üçün təhlükə yaratmağa başlayıblar.
Kolumbiyada təbii düşmənləri olmayan bu begemotlar təhlükəli invaziv növ kimi tanınıb və ölkə hakimiyyəti yüzə yaxın heyvanın məhv edilməsi planını təsdiqləmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSerbiya yaxın vaxtlarda iri neft emalı kompleksini satmağı planlaşdırır
Serbiyanın "Naftna industrija Srbije" neft emalı kompleksində Rusiyaya məxsus payın satışı ilə bağlı razılaşmanın bağlanmasına bir aydan az vaxt qalıb.
Dünyaİsveçrədə Özbəkistanın sabiq prezidentinin qızı barəsində cinayət işi dayandırılıb
İsveçrədə Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı açılmış cinayət işi prosessual maneələr səbəbindən dayandırılıb.
DünyaABŞ-nin Türkiyədəki səfiri: "Sülh içində yeni Cənubi Qafqaz regionu formalaşır"
"Sülh içində yeni Cənubi Qafqaz regionu şəkillənir".
DünyaKİV: İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib
ABŞ ilə davam edən münaqişə və ali lider Əli Xameneinin ölümü fonunda İranda hakimiyyət getdikcə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinin əlində cəmləşir.