
Qoca Səmədovun tanışını güllələməkdə ittiham olunan oğlu AZADLIĞA BURAXILDI
Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun tanışını güllələməkdə ittiham olunan oğlu Zaur Səmədov azadlığa buraxılıb.
Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun tanışını güllələməkdə ittiham olunan oğlu Zaur Səmədov azadlığa buraxılıb.
Gundem.today "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq qərar qəbul edilib.
Z.Səmədovun silah tətbiq etməklə xuliqanlıq etməsi sübuta yetirilməyib. Həmin maddə üzrə ona bəraət verilib.
Qəsdən sağlamlığa zərərvurma maddəsi ilə cinayət işi isə tərəflər arasında barışıq olduğu üçün xitam edilib.
Nəticədə mərhum icra başçısının oğlu azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə 3 ay əvvəl rayonun İsmayılabad kəndində baş verib. İlkin məlumatda deyilirdi ki, Zaur Səmədov mübahisə zəminində tanışına ov tüfəngindən atəş açmaqla xəsarət yetirib.
Z.Səmədovun atası Qoca Səmədov Yevlaxın icra başçısı işləyib. O, korrupsiya cinayətlərində təqsirli bilinərək məhkum edilib. Şərti azadlığa buraxılandan qısa müddət sonra vəfat edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalAzərbaycanda rezonans doğuran CİNAYƏT: Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU
2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadə ölkəmizə ekstradisiya edilib. Xüsusilə ağır cinayətdə ittiham olunan X.Əli-Zadə Bakıda istintaq təcridxanasına yerləşdirilib. Hələlik onun ittihama münasibəti məlum deyil.
Kriminal"Roşka"nın işi ilə bağlı əlavə görüntülər ekspertizaya təqdim olunacaq
Sosial şəbəkələrdə "Roşka" ləqəbi tanınan Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
KriminalTiktoker "Beniz"in işində zərərçəkənin hakimə etirazı təmin edilmədi
Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
KriminalTələbə yoldaşını bıçaqlayan şəxsin təkrar ekspertizası tələb edildi
Qrup yoldaşını bıçaqlamaqda təqsirləndirilən Fərid Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.