
İlk dörd ayda dövlət büdcəsinin gəlir və xərcləri məlum oldu
2026-cı ilin yanvar-aprel aylarında dövlət büdcəsinin icrasında müsbət meyillər davam edib. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 376.6 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
2026-cı ilin yanvar-aprel aylarında dövlət büdcəsinin icrasında müsbət meyillər davam edib. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 376.6 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Gundem.today xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, cari ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinin gəlirləri 13 564 milyon manat təşkil edib ki, bu da proqnozu 99 milyon manat və ya 0.7 faiz üstələyib.
Qeyd olunub ki, dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 6 862.5 milyon manat təşkil edərək proqnozdan 129 milyon manat və ya 1.9 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 032.7 milyon manat təşkil edərək proqnozdan 6.7 milyon manat və ya 0.3 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 18.5 milyon manat təşkil edərək proqnozdan 2.4 milyon manat və ya 14.8 faiz, sair daxilolmalar 141.2 milyon manat təşkil edərək proqnozdan 38.3 milyon manat və ya 37.3 faiz çox, Dövlət Neft Fondundan transfert isə 4 280 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib. Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 229.1 milyon manat təşkil edərək proqnoza qarşı 74.7 faiz icra olunub.
"Yanvar-aprel ayları ərzində dövlət büdcəsinin xərcləri 10 933.4 milyon manat proqnoza qarşı 10 531.1 milyon manat məbləğində icra edilib ki, bu da 96.3 faiz təşkil edir.
2026-cı ilin yanvar-aprel ayları ərzində icmal büdcənin gəlirləri 16 002 milyon manat, xərcləri isə 12 043.4 milyon manat məbləğində icra edilib", - deyə məlumatda bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyat"Bank Respublika"da POZUNTU AŞKARLANDI
Azərbaycan Mərkəzi Bankı (AMB) "Bank Respublika" ASC ilə bağlı tədbir görüb.
İqtisadiyyatAktiv ƏDV və vergi ödəyicilərinin sayı artıb - RƏQƏMLƏR AÇIQLANDI
2026-cı il mayın 1-nə olan vəziyyət üzrə Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3.5% artaraq 60 431-ə çatıb.
İqtisadiyyatAzərbaycan nefti 10 dollara yaxın UCUZLAŞDI
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb.
İqtisadiyyatHərbi xidmətə yollanan diplomatlara üçaylıq məvacib həcmində müavinət veriləcək
Diplomatik xidmətə vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə maddəsi ilə xitam verildikdə əməkdaşın vərəsələrinə ortaaylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.