
Ramiz Rövşən: "Rasim Balayev istedadı və şəxsiyyəti bir-birini tamamlayan insanlardan idi" - VİDEO
"Azərbaycan mədəniyyəti üçün bu, çox böyük itkidir. Rasim Balayev istedadı və şəxsiyyəti bir-birini tamamlayan insanlardan idi".
"Azərbaycan mədəniyyəti üçün bu, çox böyük itkidir. Rasim Balayev istedadı və şəxsiyyəti bir-birini tamamlayan insanlardan idi".
Bu sözləri Xalq şairi Ramiz Rövşən Xalq artisti Rasim Balayevlə vida mərasimində Baku TV-yə açıqlamasında deyib.
O söyləyib ki, Rasim Balayev gənc yaşlarında böyük şöhrət qazanıb. Lakin bu şöhrət nə ailəsinə münasibətini, nə dostlarına yanaşmasını, nə də xarakterini zərrə qədər dəyişib.
"Şöhrət onun üzərinə sel kimi gəldi, amma o, yenə də həmin Rasim olaraq qaldı. Rasimdə olan yumor hissi nadir insanlarda vardı. Düşünürəm ki, o, komediya rollarını da böyük ustalıqla oynaya bilərdi. Buna görə çox heyfislənirəm", - deyə Ramiz Rövşən bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətZaur Mirzəyev Şuşada yaşayıb-yaratmağın sevincini bölüşdü: "Möhtəşəm əsərlər olacaq" - VİDEO
Hazırda Şuşada yaşayıb-yaradan rəssam Zaur Mirzəyev doğma şəhərə qayıdışın onun həyatında və yaradıcılığında xüsusi önəm daşıdığını deyir.
MədəniyyətŞəhər mənzərələrini sənətə çevirən azərbaycanlı rəssam - FOTO
Uşaqlıq illərindən təsviri sənətə maraq göstərən rəssam Xanlar Əsədullayev 2003-cü ildən peşəkar fəaliyyətə başlayıb.
Mədəniyyət"Diri Baba"nı dirçəltmək üçün yarım milyondan çox pul ayrılır
Qobustan rayonu, Qobustan şəhərində yerləşən ölkə əhəmiyyətli "Diri baba" türbəsi bərpa ediləcək.
MədəniyyətCenevrədə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Mayın 6-da BMT-nin Cenevrə bölməsində MAMA "Ana təbiət" beynəlxalq incəsənət layihəsi təqdim olunub.