Son dəqiqə
Tarixin səssiz şahidləri - FOTOPaytaxtda bədbəxt hadisə: Körpə pəncərədən yıxılıb öldüElçin Əmirbəyov: "TDT əlaqələndirici platforma kimi rolunu artırır"Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏRABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilirŞirvanda narkotik satan 5 nəfər TUTULDU
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. "Real Madrid"in əfsanəvi futbolçusu ÖLDÜ - FOTO
"Real Madrid"in əfsanəvi futbolçusu ÖLDÜ - FOTO
İdman

"Real Madrid"in əfsanəvi futbolçusu ÖLDÜ - FOTO

15 aprel 2026
15:00
0 baxış
Paylaş:

"Real Madrid" klubunun heyətində dörd dəfə Avropa Çempionlar Kubokunun (indiki Çempionlar Liqası - red.) qalibi olmuş əfsanəvi futbolçu Xose Santamariya 96 yaşında dünyasını dəyişib.

"Real Madrid" klubunun heyətində dörd dəfə Avropa Çempionlar Kubokunun (indiki Çempionlar Liqası - red.) qalibi olmuş əfsanəvi futbolçu Xose Santamariya 96 yaşında dünyasını dəyişib.

Gundem.today xəbər verir ki, keçmiş müdafiəçinin ölüm səbəbi barədə məlumat verilməyib.

"Real Madrid"in prezidenti Florentino Peres vurğulayıb ki, Santamariya hər zaman komandanın ən böyük simvollarından biri kimi yaddaşlarda yaşayacaq.

"Alfredo Di Stefano, Ferents Puşkaş, Pako Xento və Raymon Kopa ilə birlikdə bu komanda "Real Madrid" əfsanəsinin təməlini qoymağa başladı. Santamariya hər zaman klubumuzun dəyərlərini təcəssüm etdirirdi və son anadək "Real Madrid" onun həyatının ən böyük ehtirası olaraq qaldı", - deyə F.Peres bildirib.

Qeyd edək ki, 1929-cu ildə Uruqvayda anadan olan Santamariya peşəkar karyerasına yerli "Nasyonal" klubunda başlayıb. O, 1947-1957-ci illərdə bu komandanın formasını geyinərək dörd dəfə ölkə çempionu adını qazanıb. Santamariya 1957-ci ildə isə Madridin "Real" klubuna transfer olunub. İspaniya nəhənginin heyətində 1966-cı ilə qədər çıxış edən müdafiəçi bu müddət ərzində dörd dəfə - 1958, 1959, 1960 və 1966-cı illərdə Avropa Çempionlar Kubokunu başı üzərinə qaldırıb.

Beynəlxalq arenadakı möhtəşəm uğurları ilə yanaşı, Santamariya madridlilərlə birlikdə altı dəfə İspaniya çempionu olub və bir dəfə ölkə kubokuna sahib çıxıb. Milli komandalar səviyyəsində isə ulduz futbolçu həm Uruqvay, həm də İspaniya yığmalarının şərəfini qoruyub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Real_Madrid#Xose_Santamariya#futbol#Çempionlar_Liqası#Florentino_Peres#İspaniya#Uruqvay#idman_xəbərləri#vəfat_etdi.

Oxşar Xəbərlər

Mübahisəli oyundan sonra nazirdən maraqlı paylaşım: "Neftçi"yə dəstək, yoxsa eyham? - VİDEOİdman

Mübahisəli oyundan sonra nazirdən maraqlı paylaşım: "Neftçi"yə dəstək, yoxsa eyham? - VİDEO

Elm və təhsil naziri, "Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvü Emin Əmrullayev sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Bu gün
11:260
Qadınlardan ibarət Azərbaycan millisi bu gün Andorra ilə üz-üzə gələcəkİdman

Qadınlardan ibarət Azərbaycan millisi bu gün Andorra ilə üz-üzə gələcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu bu gün keçirəcək.

Bu gün
10:440
Premyer Liqanın XXVIII turu: "Qarabağ" "Sabah"a qarşıİdman

Premyer Liqanın XXVIII turu: "Qarabağ" "Sabah"a qarşı

Misli Premyer Liqasında XXVIII turun növbəti matçları bu gün keçiriləcək.

Bu gün
10:080
Premyer Liqanın XXVIII turu: "Qarabağ" lider "Sabah"a qarşıİdman

Premyer Liqanın XXVIII turu: "Qarabağ" lider "Sabah"a qarşı

Misli Premyer Liqasında XXVIII turun növbəti matçları bu gün keçiriləcək.

Bu gün
10:080