Son dəqiqə
Tramp ABŞ və İran münaqişəsinin bitəcəyi vaxtı açıqladıSon üç ildə İKİLİ SOYAD götürən qadınların sayı açıqlandıİlon Maskın ailə fondu "X"ə görə təzminat ödəyəcəkHərbi vəzifəlilərə təlim necə keçilir? - VİDEOBakıda restoranlardan skuter oğurlayan keçmiş məhkum HƏBS EDİLDİBakıda restoranlardan birindən skuter oğurlayan keçmiş məhkum HƏBS EDİLDİ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Kriminal

Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI

Bu gün
16:24
0 baxış
Paylaş:

Naxçıvanda 75 yaşlı qadını qəddarlıqla qətlə yetirməkdə ittiham olunan Firuzə İsmayılova və Aypara Əsgərovanın məhkəməsi başa çatıb.

Naxçıvanda 75 yaşlı qadını qəddarlıqla qətlə yetirməkdə ittiham olunan Firuzə İsmayılova və Aypara Əsgərovanın məhkəməsi başa çatıb.

Gundem.today "Qafqazinfo"ya istinadən xəbər verir ki, aylarla davam edən prosesin sonunda müttəhim qadınlar dəhşətli cinayətdə təqsirli biliniblər. Bu tüküpərdici cinayət bir il əvvəl Şərur rayonunun Oğlanqala kəndində baş verib.

İstintaqla məlum olub ki, Firuzə və Aypara söhbət zamanı maddi sıxıntılarından danışıb. Aypara hazırda 3 min manatdan çox borcu olduğunu deyərək vəziyyətdən şikayətlənib. Cinayət planı da məhz bu söhbət zamanı qurulub. Belə ki, vəziyyətdən çıxış yolu axtaran Firuzə rəfiqəsinə 75 yaşlı qonşusu Zeynəb İsmayılovadan söz açıb, təxminən 8 min manat pulunun olduğunu və banka qoymaq istədiyini eşitdiyini deyib.

Fotoda Zeynəb İsmayılova

Bu da rəfiqələrdə tamah yaradıb. Onlar yaşlı qadını öldürüb pulunu ələ keçirmək qərarına gəliblər. Bir neçə gün sonra plan həyata keçirilib.

Ahıl qadın paltaryuyan maşından istifadə etmək üçün Ayparanın evinə gəlib. Paltarları maşından çıxardığı anda Aypara və əvvəlcədən evdə gizlənən Firuzə çəkic və linglə qadının başına zərbələr endirərək onu huşsuz vəziyyətdə yerə yıxıblar. Sonra isə yastıqla boğaraq qətli tamamlayıblar.

Əli qana batan rəfiqələr əvvəlcə mərhumun boynundan asdığı torbanı açaraq içindəki 8 min manat pulu və ümumi dəyəri 3 min manat olan üç ədəd qızıl boyunbağını götürüblər. Daha sonra meyiti həyətdə yerləşən dərin su quyusuna atıblar.

Növbəti plan isə cinayəti gizlətmək olub. Bunun üçün rəfiqələr şayiə yayıblar ki, guya Zeynəb İsmayılovanı sonuncu dəfə kəndin yuxarı hissəsinə gedərkən görüblər. Qısa müddətdə polis əməkdaşları kəndin hər bir künc-bucağında axtarışa başlayıb.

Fotoda Aypara Əsgərova

Axtarış zamanı polisi ilk şübhələndirən məqam isə Aypara Əsgərovanın həmin gecə müxtəlif mağazalara 3 min manat borc ödəməsi olub.

Sorğu-sual zamanı o, qonşusunun harada olduğunu bilmədiyini desə də, növbəti mərhələdə xüsusi təlim keçmiş it cinayətin izinə düşüb. Qətlə yetirilən qadının paltarından iy götürən it istintaqçıları birbaşa meyitin atıldığı quyuya aparıb. Nəticədə qadının meyiti 10 metr dərinlikdən çıxarılıb.

Əvvəlcə Aypara, iki gün sonra isə cinayətdəki şəriki Firuzə həbs ediliblər. Prokurorluq onları bir qrup şəxs tərəfindən tamah məqsədilə qəsdən adam öldürmə (Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi) maddəsi ilə hakim qarşısına çıxarıb. Bu əməl kişilər üçün ömürlük məhkumluğa qədər cəza nəzərdə tutur. Lakin Azərbaycan qanunlarına əsasən, qadınlar ömürlük məhkum edilmir.

Hərəsi üç uşaq anası olan 36 və 37 yaşlı rəfiqələrin işi Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə araşdırılıb.

Məhkəmə zamanı Aypara Əsgərovanın saxlanıldığı gün Türkiyəyə qaçmağa hazırlaşdığı da məlum olub. Tamahlarına uyan qadınların cinayət əməli müxtəlif sübutlar və şahidlərin ifadələri əsasında təsdiqini tapıb.

Yekunda Firuzə İsmayılova 15 il, Aypara Əsgərova isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Qəsdən_adam_öldürmə#Naxçıvan_Muxtar_Respublikası

Oxşar Xəbərlər

Bakıda restoranlardan skuter oğurlayan keçmiş məhkum HƏBS EDİLDİKriminal

Bakıda restoranlardan skuter oğurlayan keçmiş məhkum HƏBS EDİLDİ

Yasamal rayonunda fəaliyyət göstərən restoranlardan birinin zirzəmisindən oğurluq edilib.

Bu gün
17:140
Bakıda restoranlardan birindən skuter oğurlayan keçmiş məhkum HƏBS EDİLDİKriminal

Bakıda restoranlardan birindən skuter oğurlayan keçmiş məhkum HƏBS EDİLDİ

Yasamal rayonunda fəaliyyət göstərən restoranlardan birinin zirzəmisindən oğurluq edilib.

Bu gün
17:140
Lerik polisindən ƏMƏLİYYAT: Biri qadın olmaqla üç nəfər saxlanıldı - VİDEOKriminal

Lerik polisindən ƏMƏLİYYAT: Biri qadın olmaqla üç nəfər saxlanıldı - VİDEO

Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb.

Bu gün
16:040
Qonşunu öldürməkdə təqsirləndirilənlərin məhkəməsi: "Zirzəmidən otağıma girib mənə təcavüz etdi"Kriminal

Qonşunu öldürməkdə təqsirləndirilənlərin məhkəməsi: "Zirzəmidən otağıma girib mənə təcavüz etdi"

Bakıda qonşularını qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işi üzrə məhkəmə davam etdirilib.

Bu gün
15:240