
Lerik polisindən ƏMƏLİYYAT: Biri qadın olmaqla üç nəfər saxlanıldı - VİDEO
Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb.
Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb.
Gundem.today-ın məlumatına görə, ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitə və psixotrop tərkibli həblərin paytaxta gətirilərək realizə olunmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat zamanı 29 yaşlı Azər Vəlibəyov, 30 yaşlı Ziya Məhərrəmzadə və 36 yaşlı A.Cəbiyeva saxlanılıblar. Onlardan 14 kiloqram marixuana və 4 490 ədəd metadon həbi aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalRəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Naxçıvanda 75 yaşlı qadını qəddarlıqla qətlə yetirməkdə ittiham olunan Firuzə İsmayılova və Aypara Əsgərovanın məhkəməsi başa çatıb.
KriminalQonşunu öldürməkdə təqsirləndirilənlərin məhkəməsi: "Zirzəmidən otağıma girib mənə təcavüz etdi"
Bakıda qonşularını qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işi üzrə məhkəmə davam etdirilib.
KriminalDini ekstremist materiallar yayan şəxsə HÖKM OXUNDU
Dini ekstremist materialların hazırlanması, saxlanılması və yayılması, habelə dini nifrət və düşmənçiliyin salınmasında təqsirləndirilən Orxan Fazil oğlu Sayadov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
KriminalKütləvi davada iki nəfəri öldürənlərə ağır cəza verildi
Bakıda iki dostu - Şahin Bayramov və Fərid Əlirzayevi qətlə yetirilməkdə təqsirləndirilən Yunis Rəhimov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Sərxan Şahbazovun barələrindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.