
"Roblox" uşaqlar üçün yeni qaydalar tətbiq edir
"Roblox" populyar oyun platforması uşaqlar və yeniyetmələr üçün yeni hesab növlərinin tətbiqini elan edib.
"Roblox" populyar oyun platforması uşaqlar və yeniyetmələr üçün yeni hesab növlərinin tətbiqini elan edib.
Gundem.today şirkətin rəsmi saytına istinadən xəbər verir ki, "Roblox Kids" (5-8 yaş) və "Roblox Select" (9-15 yaş) adlı hesablar istifadəyə veriləcək.
Yeni sistem iyunun əvvəlində işə düşəcək və yaş yoxlaması, standart təhlükəsizlik tənzimləmələri, kontent reytinqləri, daimi moderasiya və genişləndirilmiş valideyn nəzarətini birləşdirəcək.
"Roblox Kids" sadələşdirilmiş interfeysə malikdir, çat funksiyası yoxdur və yalnız məhdud sayda oyunlara giriş imkanı verir. "Roblox Select" isə məhdud çat və daha geniş, lakin yenə də filtrdən keçmiş kontent təqdim edir.
Şirkət bildirir ki, bu dəyişikliklər uşaqlar və yeniyetmələr üçün fırıldaqçılıq və təcavüz risklərini azaltmağa yönəlib. Yaş yoxlamasından keçməyən istifadəçilər avtomatik olaraq məhdud imkanlara malik "Roblox Kids" hesablarına yönləndiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaVensdən Papaya ismarış: "Mənəvi məsələlərlə Vatikan, siyasətlə Tramp məşğul olmalıdır"
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Roma Papası XIV Leo ilə ABŞ Prezidenti Donald Tramp arasında yaranan ziddiyyəti şərh edib.
DünyaABŞ-də güclü zəlzələ baş verib
Amerika Birləşmiş Ştatlarının Nevada ştatında 5.7 maqnitudalı zəlzələ qeydə alınıb.
DünyaKolumbiya hökuməti Eskobarın gətirdiyi begemotların sayını azaltmağı planlaşdırır
Kolumbiya hakimiyyəti 1980-ci illərdə narkobaron Pablo Escobar tərəfindən ölkəyə gətirilmiş begemotların sayının azaldılması üçün tədbirlər görmək niyyətindədir.
DünyaABŞ və İran arasında danışıqların növbəti mərhələsi harada keçiriləcək?
ABŞ və İran arasında danışıqların növbəti mərhələsi Cenevrə və ya İslamabadda baş tuta bilər.