
Romelu Lukaku üçün üç fərqli istiqamət
Belçikalı ulduz hücumçu Romelu Lukakunun mövsümün sonunda İtaliyanın "Napoli" klubu ilə yollarını ayıracağı gözlənilir.
Belçikalı ulduz hücumçu Romelu Lukakunun mövsümün sonunda İtaliyanın "Napoli" klubu ilə yollarını ayıracağı gözlənilir.
Gundem.today xəbər verir ki, belçikalı forvard dünya çempionatının ardınca Neapol təmsilçisini birdəfəlik tərk edəcək.
Artıq 32 yaşlı ulduz futbolçunun xidmətində Türkiyə və Səudiyyə Ərəbistanı klubları yaxından maraqlanır. Bununla yanaşı, təcrübəli oyunçunun futbola başladığı ilk klubu olan "Anderlext" də onu yenidən öz doğma heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, Romelu Lukaku üçün cari mövsüm heç də uğurlu keçmir və o, mövsümün xeyli hissəsini zədə səbəbindən kənarda qalaraq buraxıb. Nəticədə hücumçu bu mövsüm "Napoli"nin forması ilə meydana çıxdığı cəmi 7 qarşılaşmada yalnız 1 dəfə fərqlənə bilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanFIFA builiki mundialda yenilik tətbiq etməyi planlaşdırır
FIFA 2026-cı il dünya çempionatında ciddi yeniliklər tətbiq etməyi planlaşdırır.
İdmanPSJ - "Bavariya" oyununda Çempionlar Liqasının qol rekordu qırıldı
PSJ və "Bavariya" UEFA Çempionlar Liqasının yarımfinalında rekord sayda qol vurublar.
İdmanHarri Keyn Çempionlar Liqasında ingilis futbolçular arasında rekord nəticəyə imza atdı
"Bavariya"nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının ardıcıl altı matçında qol vuran tarixdəki ilk ingilis futbolçu olub.
İdmanUEFA Çempionlar Liqasının yarımfinalları tarixində ilk yaşandı
UEFA Çempionlar Liqasının yarımfinalları tarixində ilk yaşanıb.