Son dəqiqə
Hökməlidə 12 gündür su yoxdur - Sakinlərə niyə "gözləməyin" deyilib? - FOTOAzərbaycanda kişilərdə 40 yaşdan sonra görmə niyə zəifləyir? - Oftalmoloqdan AÇIQLAMAAeroport yolundakı ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİTürkiyəli məşhur aktrisa Hande Erçelin narkotik testinin nəticəsi məlum olduNetanyahu: "ABŞ İsrailə zəmanət verib, İrana qarşı hücumların dayandırılmasını dəstəkləyirik"Qobustanda FACİƏ: 9 yaşlı oğlan öldü
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Maraqlı
  3. Rusiyalı qastroenteroloq həzm sisteminə zərər verən gündəlik vərdişləri açıqlayıb
Rusiyalı qastroenteroloq həzm sisteminə zərər verən gündəlik vərdişləri açıqlayıb
Maraqlı

Rusiyalı qastroenteroloq həzm sisteminə zərər verən gündəlik vərdişləri açıqlayıb

Bu gün
07:18
1 baxış
Paylaş:

Həzm sisteminin normal fəaliyyəti birbaşa gündəlik həyat tərzi və vərdişlərimizlə bağlıdır. Bu səbəbdən bir çox hallarda orqanizmdə ciddi funksional pozğunluqlar meydana gəlir.

Həzm sisteminin normal fəaliyyəti birbaşa gündəlik həyat tərzi və vərdişlərimizlə bağlıdır. Bu səbəbdən bir çox hallarda orqanizmdə ciddi funksional pozğunluqlar meydana gəlir.

Gundem.today xəbər verir ki, rusiyalı mütəxəssis, qastroenteroloq Maksim Çulev "İzvestiya" nəşrinə müsahibəsində mədə-bağırsaq traktına mənfi təsir göstərən əsas faktorları açıqlayıb.

Mütəxəssis qeyd edib ki, ən çox rast gəlinən pozğunluqlar qidalanma rejiminin olmamasından qaynaqlanır. Qida qəbulu arasındakı böyük fasilələr, səhər yeməyindən imtina etmək və ardınca həddindən çox qida qəbulu mədəni yükləyərək onun işini çətinləşdirir.

Həkim bildirib ki, ayaqüstü və ya tələsik qidalanmaq da orqanizmə zərər vurur:

"Bu zaman yemək tam çeynənmədiyi və tüpürcəklə lazımi qədər islanmadığı üçün sonrakı həzm prosesi zəifləyir və müxtəlif narahatlıqlar yaradır".

Həzmə ziyan vuran digər səbəb isə qızardılmış, çox yağlı və ultra emal olunmuş məhsulların daimi istifadəsidir. Belə yeməklər mədənin gec boşalmasına yol açır, nəticədə ağırlıq hissi, köp və bağırsaq fəaliyyətində ləngimələr yaranır.

M.Çulev həmçinin az su içməyin də zərərli vərdişlər siyahısında olduğunu vurğulayıb. Maye çatışmazlığı bağırsaqların hərəkətini zəiflədərək qəbizlik yaradır. Su mədə qişasının qorunmasında və fermentlərin düzgün fəaliyyətində mühüm rol oynayır.

Qastroenteroloqun fikrincə, stresin mənfi nəticələri də gözardı edilməməlidir. Sinir sistemi mədə-bağırsaq traktı ilə birbaşa əlaqəli olduğu üçün emosional gərginlik spazmlara, ağrılara və həzm prosesinin pozulmasına gətirib çıxarır.

Tütün məmulatları, alkoqol və həddindən artıq qəhvə istehlakı da ciddi fəsadlar törədir. Onlar mədənin selikli qişasını qıcıqlandıraraq iltihab proseslərinə təkan verir. Xüsusilə çoxlu kofein qəbulu mədə şirəsinin ifrazını artırır ki, bu da uzunmüddətli dövrdə qıcqırma və qastrit ehtimalını çoxaldır.

"Sağlam həzm üçün qidalanma rejiminə diqqət yetirmək, yeməyi tam çeynəmək, kifayət qədər su içmək və stressdən uzaq durmaq şərtdir. Hər hansı mənfi əlamət hiss olunduqda isə mütləq mütəxəssisə müraciət edilməlidir", - deyə həkim fikrini tamamlayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Maraqlı#Qastroenteroloq_tövsiyəsi#Qidalanma_vərdişi#Sağlamlıq#qidalanma#Mədə-bağırsaq_xəstəlikləri#Həzm_problemləri#qidalanma_pozğunluğu#Stres#Diyetoloq#Qastrit

Oxşar Xəbərlər

Asudə vaxtını dəyərləndirməklə başlayan sənət: Təbii ağacdan dekorativ əşyalar və oyuncaqlar - FOTOREPORTAJMaraqlı

Asudə vaxtını dəyərləndirməklə başlayan sənət: Təbii ağacdan dekorativ əşyalar və oyuncaqlar - FOTOREPORTAJ

Ağac materiallarından müxtəlif əl işlərinin ərsəyə gəldiyi xarratlıq emalatxanasında uşaq oyuncaqları, mebellər və dekorativ əşyalar hazırlanır.

Bu gün
16:521
Yollardakı hər beş avtomobildən biri İSTİFADƏYƏ YARAMIR - Utilizasiyaya hansılar gedir? - FOTOREPORTAJMaraqlı

Yollardakı hər beş avtomobildən biri İSTİFADƏYƏ YARAMIR - Utilizasiyaya hansılar gedir? - FOTOREPORTAJ

İstismarda olan avtomobillərin xeyli hissəsi hər il köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür.

Bu gün
11:321
İnsan tərində qrip virusunu öldürən molekul tapılıbMaraqlı

İnsan tərində qrip virusunu öldürən molekul tapılıb

İnsan orqanizmində qrip virusuna qarşı mübarizə aparan yeni təbii qoruyucu sistem müəyyən edilib. Beynəlxalq tədqiqatçılar qrupu "dermcidin" adlı antimikrob peptidin infeksiyanı dayandırmaq və virusun yayılmasının qarşısını almaq xüsusiyyətlərini sübuta yetiriblər.

Dünən
03:442
Hövsanda heyrətləndirən ev: "Köhnə əşyalara ikinci həyat verdik" - VİDEOMaraqlı

Hövsanda heyrətləndirən ev: "Köhnə əşyalara ikinci həyat verdik" - VİDEO

Baku TV Hövsan kəndində yaşayan kolleksioner Elnur Kazımovun evindən reportaj hazırlayıb.

Dünən
20:240