Son dəqiqə
Kollegiya iclas keçirdi: Bir vəkilə töhmət verildi, ikisi cərimələndi - FOTO"Zirə Broyler"in direktorunun ölkədən çıxışına "stop" qoyuldu - SƏBƏBİlham Əliyev universitet müəllimini ordenlə təltif etdiABŞ-də banka silahlı hücum: İki əməkdaş qətlə yetirildiMilli Məclis "Yol hərəkəti haqqında" Qanuna dəyişikliyi qəbul etdiAissata Makadji: "Gənclərin idarəetmədə iştirak imkanlarının məhdud olması ciddi problemdir"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. İşğaldan azad edilmiş ərazilərdə torpaq icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ: Ərizə qəbulu başlanıb
İşğaldan azad edilmiş ərazilərdə torpaq icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ: Ərizə qəbulu başlanıb
Cəmiyyət

İşğaldan azad edilmiş ərazilərdə torpaq icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ: Ərizə qəbulu başlanıb

Bu gün
19:24
0 baxış
Paylaş:

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə üçüncü investisiya müsabiqəsi üzrə müraciətlərin (ərizələrin) qəbuluna başlanılır.

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə üçüncü investisiya müsabiqəsi üzrə müraciətlərin (ərizələrin) qəbuluna başlanılır.

Gundem.today xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, torpaqların müsabiqə ilə sahibkarlıq subyektlərinə icarəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları"na əsasən həyata keçiriləcək.

Müsabiqədə iştirak üçün müraciət edən sahibkarlıq subyektləri tərəfindən aşağıdakılar nəzərə alınmalıdır:

- İnvestisiya layihəsinin həyata keçiriləcəyi torpaq sahələri

• İcarə müddəti: İcarə müqaviləsi ilkin olaraq beş il müddətinə imzalanır. Həmin müddətin sonunda Qaydalara uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinə əsasən, müsabiqə qalibinin Qaydaların və icarə müqaviləsinin tələblərinə əməl etdiyi (o cümlədən torpaqlardan səmərəli istifadə etdiyi) müəyyən edildikdə, icarə müqaviləsinin müddəti əlavə 44 ilədək uzadılır.

• İnvestisiya layihəsinin istiqaməti: (əkinçilik, bağçılıq, heyvandarlığın inkişafı, aqroturizm və balıqçılıq);

• Ərizə qəbulunun başlanma vaxtı: (30 aprel 2026-cı il, saat 09:00)

• Ərizə qəbulunun bitmə vaxtı: (15 iyun 2026-cı il, saat 18:00)

• Ərizələrin qəbul ediləcəyi informasiya sistemi: Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS - eagro.az)

• Təqdim olunacaq investisiya layihəsində nəzərə alınmalı olan məlumatlar və tələblər (şərtlər):

• layihənin məqsədləri və mərhələli şəkildə icra müddəti göstərilməklə, layihənin təşkilati planı (o cümlədən istehsal və maliyyə planları);

• satış bazarının xarakteristikası (o cümlədən istehsal ediləcək məhsulların xarici bazarlara çıxış imkanları);

• məşğulluğun təmin edilməsi ilə bağlı həyata keçiriləcək tədbirlər, yaradılacaq iş yerləri, habelə layihənin icrası zamanı yerli resurslardan (yerli işçi qüvvəsindən (işğaldan azad edilmiş kəndlərdə və qəsəbələrdə məskunlaşan və yaşayan şəxslərdən), mal, iş və xidmətlərdən) istifadə edilməsi;

• layihənin həyata keçirilməsi zamanı aqrar sığorta sisteminin tətbiq edilməsi;

• istehsal üçün tələb olunan avadanlıq haqqında məlumatlar (o cümlədən məhsulun saxlanılması üçün elevatorlar (taxıl siloları) və soyuq hava depoları);

• layihə ilə bağlı növbəti illərdə kreditə tələbatın dövrlər üzrə bölgüsü (aylar və illər üzrə ehtiyac olan kredit məbləğlərini göstərən qrafik);

• layihə üzrə risklərin qiymətləndirilməsi;

• layihənin icrasının ətraf mühitə, torpaqların münbitliyinə mənfi təsirlərinin qarşısının alınması, ekoloji risk səviyyəsinin azaldılması üçün həyata keçiriləcək tədbirlər, habelə yaşıl texnologiyaların tətbiq edilməsi;

Təqdim olunacaq investisiya layihələri (biznes-plan) minimum 20 hektar sahəni əhatə etməli (balıqçılıq və aqroturizm istisna) və Qaydalarda nəzərdə tutulan tələblərə cavab verməlidir (https://e-qanun.az/framework/58341)

Təqdim olunacaq investisiya layihələri (biznes-plan) Qaydaların 4.10-cu bəndində təsbit edilən meyarlar üzrə qiymətləndirilir və ən yüksək nəticə əldə etmiş iştirakçı müsabiqənin qalibi hesab olunur.

Biznes planlara tələbləri əks etdirən nümunələrin (çərçivələrin) linki əlavə olunur: https://drive.google.com/drive/folders/1CT2fF6x2sS7SM8SgIvlqw9doLzazQ2j8?usp=sharing

Qaydaların 4.17-ci bəndinə əsasən müsabiqənin qalibi protokolu və ya icarə müqaviləsini imzalamaqdan imtina etdikdə və ya Qaydaların müvafiq olaraq 4.12-ci və 4.16-cı bəndləri ilə müəyyən olunmuş müddətdə imzalamadıqda, növbəti investisiya müsabiqələrinə buraxılmır və bu zaman müsabiqənin nəticələrinin ləğvi barədə Komissiya tərəfindən protokol tərtib edilir.

Müsabiqədə iştirak etmək istəyən sahibkarlar EKTİS-də qeydiyyatdan keçməli, "Müraciətlərim" bölümündə "Müsabiqədə iştirak" seçməli, investisiya layihələri ilə yanaşı aşağıdakı sənədləri EKTİS-ə daxil edərək, müraciətini tamamlanmalıdır:

- İştirakçının şəxsiyyətini təsdiq edən sənədin surəti, qeydiyyat ünvanı, VÖEN-i və vergi ödəyicisi kimi uçota alınması haqqında digər məlumatlar, əlaqə nömrələri, elektron poçt ünvanı;

- hüquqi şəxslər üzrə əlavə olaraq dövlət reyestrindən çıxarışın, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən sənədlərin surətləri;

- ərizəçinin oxşar layihələrin icrası sahəsində təcrübəyə malik olması, habelə idarəetmə imkanlarına, biliklərə, innovasiyaya, texnologiyalara və ya onların hazırlanması və ya cəlb edilməsi imkanlarına malik olması barədə özünün hazırladığı məlumat və təsdiqedici sənədlər;

- ərizəçinin Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin və riskli vergi ödəyicisi olmaması barədə təsdiqedici sənədlər;

- ərizəçinin son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə ba

#Cəmiyyət#işğaldan_azad_edilmiş_ərazilər#kənd_təsərrüfatı_torpaqları#torpaqların_icarəyə_verilməsi#investisiya_müsabiqəsi#sahibkarlıq_subyektləri#aqrar_təyinatlı_torpaqlar#Kənd_Təsərrüfatı_Nazirliyi#EKTİS#Qarabağda_kənd_təsərrüfatı#biznes-plan#torpaq_icarəsi_şərtləri

Oxşar Xəbərlər

Kollegiya iclas keçirdi: Bir vəkilə töhmət verildi, ikisi cərimələndi - FOTOCəmiyyət

Kollegiya iclas keçirdi: Bir vəkilə töhmət verildi, ikisi cərimələndi - FOTO

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu gün
12:570
Lənkəranda tullantı suları dənizə axıdıldı: İnzibati TƏDBİR GÖRÜLDÜ - FOTOCəmiyyət

Lənkəranda tullantı suları dənizə axıdıldı: İnzibati TƏDBİR GÖRÜLDÜ - FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti (SİMDNX) tərəfindən Xəzər dənizini çirkləndirən quş kəsim sexi ilə bağlı inzibati tədbir görülüb.

Bu gün
12:360
Şənbə günü 26 dərəcə isti olacaq - 02.05.2026Cəmiyyət

Şənbə günü 26 dərəcə isti olacaq - 02.05.2026

Mayın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu gün
12:350
İşğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrə dəyən ziyan AÇIQLANDICəmiyyət

İşğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrə dəyən ziyan AÇIQLANDI

"İşğaldan azad olunmuş ərazilərdə 434 abidəyə ümumilikdə 700 milyon manatdan çox maddi ziyan dəyib".

Bu gün
12:280