
Sabiq məşqçi Aleks Fergüson stadiondan xəstəxanaya aparıldı
"Mançester Yunayted" futbol klubunun sabiq baş məşqçisi ser Aleks Fergüson "Old Trafford" stadionundan xəstəxanaya aparılıb.
"Mançester Yunayted" futbol klubunun sabiq baş məşqçisi ser Aleks Fergüson "Old Trafford" stadionundan xəstəxanaya aparılıb.
Gundem.today xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
84 yaşlı mütəxəssis İngiltərə Premyer Liqasının 35-ci turunda keçirilən "Mançester Yunayted" - "Liverpul" oyunundan az əvvəl özünü pis hiss edib. Bildirilir ki, Fergüson ehtiyat tədbiri olaraq tibbi nəzarət altına götürülüb və yaxın zamanda evdə müalicəsini davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, Aleks Fergüson 1986-2013-cü illərdə "Mançester Yunayted"i çalışdırıb. Onun rəhbərliyi altında komanda 13 dəfə İngiltərə çempionu olub, beş dəfə ölkə Kubokunu qazanıb, iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Bundan əlavə, klub dünya çempionatını, Qitələrarası Kuboku, Kuboklar Kubokunu, UEFA Superkubokunu və dörd dəfə İngiltərə Liqa Kubokunu qazanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanİtaliya A Seriyası: "Yuventus" autsayder "Verona"nı məğlub edə bilmədi - VİDEO
İtaliya A Seriyasının 35-ci turunda Turin təmsilçisi "Yuventus" "Verona" ilə qarşılaşıb.
İdmanİngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Liverpul"u məğlub etdi
İngiltərə Premyer Liqasının 35-ci turunda "Mançester Yunayted" və "Liverpul" komandaları qarşılaşıblar.
İdmanİngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Liverpul"u məğlub etdi - VİDEO
İngiltərə Premyer Liqasının 35-ci turunda "Mançester Yunayted" və "Liverpul" komandaları qarşılaşıblar.
İdmanAzərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirini üç medalla başa vurdular
Azərbaycanın cüdo millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirini üç bürünc medalla başa vurub.