Son dəqiqə
Uzunömürlülüyü müəyyən edən sadə test: Cəmi bir hərəkətlə sağlamlığınızı yoxlayın"Labubu" sürətlə müştərilərini itirməyə başlayıbMəryəm ananın yuyunduğu, Zevsin gizləndiyi, Afroditanın gözəlləşdiyi mağara - FOTO - VİDEOYaponiyada küçədən pul tapan yaşlı qadın həbs olunduKompüterdə işləyənlər üçün göz xəstəlikləri riski: Quru göz sindromu və miopiyadan necə qorunmalı?Rusiyalı turistərin Azərbaycana səfərlərə marağı artıb - STATİSTİKA
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Sabunçudakı dəhşətli qətlin təfərrüatı: "Ağac əkərkən beli azca o yana vursaydım, oğlumun meyitini tapardım"
Sabunçudakı dəhşətli qətlin təfərrüatı: "Ağac əkərkən beli azca o yana vursaydım, oğlumun meyitini tapardım"
Kriminal

Sabunçudakı dəhşətli qətlin təfərrüatı: "Ağac əkərkən beli azca o yana vursaydım, oğlumun meyitini tapardım"

Bu gün
17:28
0 baxış
Paylaş:

Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın barəsindəki cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın barəsindəki cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin atası Nurəddin Əliyevin ifadəsi dinlənilib.

Şahid verilən suallara cavab olaraq oğlu Samir Əliyevin əvvəllər polis tərəfindən qanunsuz əməlinə görə saxlanılmasına aydınlıq gətirib:

"Samir kiminsə birinə borcu olanda həmin adamlarla söhbət edib yoluna qoyurdu. Bir dəfə də havaya atəş açdığı üçün polis çağırılmışdı, gördülər ki, qanuni silahdır, sərbəst buraxmışdılar".

O, daha sonra evdən çıxarılaraq zibilliyə atılan divanla bağlı danışıb:

"Həmin divanı evə gətirəndə 4 nəfər gənc adam zorla yerləşdiriblər. Elmiranın onu evdən təkcə çıxararaq aparması mümkün deyil. Həm də divanı səhər tezdən. Çünki ora yol qırağıdır, hamının işə gedən vaxtı olub".

Şahid həmçinin onu da vurğulayıb ki, həyətdə oğlunun basdırıldığı yerin yaxınlığındakı mandarin ağacını özü əkib.

"Meyit yerdən çıxarılanda fikirləşdim ki, həmin ağacı əkəndə beli bir qədər də o tərəfə vursaydım oğlumun meyitini tapardım. Həyətdə it olsaydı bəlkə o da qazıb çıxardardı".

İfadə verən digər şahid isə təqsirləndirilən Elmira İbrahimovanın bacısı Esmira İbrahimova olub. O, ifadəsi zamanı bacısına Samir Əliyev tərəfindən zülm edildiyini deyib:

"Elmira bir neçə dəfə küsüb ata evimizə gəlmişdi. Sonuncu dəfə Samirin yaxınları onun Türkiyədə olduğunu bəhanə edib geri qaytarmışdılar. Bacım gedib görüb ki, Samir evdədir, heç yerə getməyib. Elmiranın yanına gedəndə bizə qarşı həmişə kobudluq edirdi, onlara gəlməyimizi istəmirdi".

Məhkəmənin növbəti iclası mayın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2024-cü ildə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Elgün Həsənli

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Elmira_İbrahimova#Samir_Əliyev#cinayət_işi#qəsdən_adam_öldürmə#məhkəmə_prosesi#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#Sabunçu_qətli#şahid_ifadələri#ailə_münaqişəsi

Oxşar Xəbərlər

Özünü maşının qarşısına ataraq xilas oldu - Fiziki məhdudiyyətli qıza qarşı törədilən zorakılığın TƏFƏRRÜATIKriminal

Özünü maşının qarşısına ataraq xilas oldu - Fiziki məhdudiyyətli qıza qarşı törədilən zorakılığın TƏFƏRRÜATI

Gəncə şəhərində 42 yaşlı kişi eşitmə və nitq qabiliyyəti məhdud olan qıza qarşı əxlaqsız hərəkətlər edib.

Bu gün
00:240
10 nəfərdən yarım milyon manata yaxın pul alan maklerlə bağlı QƏRAR - FOTOKriminal

10 nəfərdən yarım milyon manata yaxın pul alan maklerlə bağlı QƏRAR - FOTO

Paytaxtın Xəzər rayonu ərazisində bir qrup şəxsə qarşı dələduzluqda ittiham edilən makler barəsində həbs-qətimkan tədbiri seçilib.

Bu gün
18:440
"Quşçuluq biznesi"ndə tanışlarına kələk gələn şəxsə hökm oxunduKriminal

"Quşçuluq biznesi"ndə tanışlarına kələk gələn şəxsə hökm oxundu

Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Vüqar Əsədovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün
18:000
DİM nümayəndələri Kamran Əsədovun məhkəməsində iştirak edirlərKriminal

DİM nümayəndələri Kamran Əsədovun məhkəməsində iştirak edirlər

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

Bu gün
17:360