
Şahzadə Uilyam boş həbsxanadan milyonlar qazanmaqda şübhəli bilinir
Şahzadə Uilyam Böyük Britaniyanın Devon qraflığında yerləşən keçmiş Dartmur həbsxanasının icarəsi ilə bağlı gəlir xəbərləri səbəbindən qalmaqalın mərkəzinə düşüb.
Şahzadə Uilyam Böyük Britaniyanın Devon qraflığında yerləşən keçmiş Dartmur həbsxanasının icarəsi ilə bağlı gəlir xəbərləri səbəbindən qalmaqalın mərkəzinə düşüb.
Gundem.today BFM telekanalına istinadən xəbər verir ki, gələcək monarxın 2024-cü ilin yayında bağlanan obyekt üçün icarə haqqı alaraq azı 2,5 milyon funt-sterlinq qazana biləcəyi ehtimal olunur.
Bildirilir ki, müəssisənin fəaliyyətinin dayandırılmasına baxmayaraq, ildə təxminən 1,5 milyon funt-sterlinq məbləğində icarə ödənişləri daxil olmağa davam edib. Beləliklə, son 20 ay ərzində gəlirin məbləği 2,5 milyon funt-sterlinqi keçə bilər.
Qeyd olunur ki, həbsxana xərçəng xəstəliklərinin inkişaf riskini artıra bilən radioaktiv qaz olan radonun yüksək miqdarına görə istifadə üçün təhlükəsiz hesab edilməyib. Mənbələrin məlumatına görə, yüzə yaxın keçmiş işçi və məhbus səhhətinin pisləşməsini müəssisədəki şəraitlə əlaqələndirərək hakimiyyət orqanlarına qarşı iddia qaldırıb.
Binanın bağlanmasından sonra onun vəziyyəti əhəmiyyətli dərəcədə pisləşib. KİV-in məlumatına görə, otaqlarda gəmiricilər, quşlar və həşəratlar peyda olub. Bu isə lazımi qulluğun olmaması və pəncərələrin açıq qalması ilə əlaqələndirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilir
ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Keş Patel "The Atlantic" jurnalını məhkəməyə verəcəyini açıqlayıb.
Dünyaİran hava məkanını qismən AÇDI
Fevralın 28-dən bəri ilk dəfə olaraq İranın Mülki Aviasiya Təşkilatı ölkənin hava məkanını mülki uçuşlar üçün qismən açıb. Hazırda yalnız ölkənin şərq hissəsində təyyarələrin hərəkətinə icazə verilir.
DünyaHörmüz müəmması: Qalibaf Trampın dediklərini təkzib etdi
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlar aparılması barədə səsləndirdiyi iddialara cavab verib.
DünyaAlyaskada ayı iki hərbçiyə hücum edib
ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində fəaliyyət göstərən Elmendorf-Riçardson hərbi bazasında iki əsgər qonur ayının hücumuna məruz qalaraq yaralanıb.