Son dəqiqə
Zelenski: "Ukrayna "Drujba" neft kəmərinin təmir işlərini başa çatdırıb"Türkiyədən Yunanıstana sərt cavab"Son zəng"in keçiriləcəyi tarix AÇIQLANDIBDU-da "Danışır təcrübə" layihəsinin növbəti qonağı "APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı olub - VİDEO53 nömrəli marşrutun avtobusları yenilənirTramp: "Ələ keçirdiyimiz İran gəmisində "xoşagəlməz hədiyyə" olub"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Şairə qarşı yeddi min manatlıq dələduzluq: Qiraətçiyə cinayət işi AÇILDI
Şairə qarşı yeddi min manatlıq dələduzluq: Qiraətçiyə cinayət işi AÇILDI
Kriminal

Şairə qarşı yeddi min manatlıq dələduzluq: Qiraətçiyə cinayət işi AÇILDI

Bu gün
18:24
0 baxış
Paylaş:

Azərbaycanda bədii qiraətçi şairə qarşı dələduzluq edib.

Azərbaycanda bədii qiraətçi şairə qarşı dələduzluq edib.

Gundem.today Lent.az-a istinadla xəbər verir ki, 31 yaşlı Aysel Əhədova (ad və soyad şərtidir - red.) dələduzluqda ittiham olunur.

İttiham aktına görə, o, iki nəfəri SOCAR-da tibb bacısı vəzifəsinə düzəltmək üçün müvafiq olaraq onlardan 3 633 və 1 850 manat pul alıb. Həmçinin "Instagram"da tanış olduğu şairin şeirlər kitabını çıxarmaq adı ilə ondan 7 min manat pul alıb.

Lakin Aysel Əhədova verdiyi vədləri yerinə yetirməyib. Zərərçəkənlərin şikayəti əsasında qadın saxlanılaraq barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyərək barəsində amnistiya aktının tətbiq olunmasını istəyib.

Zərərçəkənlər onlara dəyən ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayətlərinin olmadığını bildiriblər.

Zərərçəkən şair bildirib ki, Ayseli "Instagram"da qiraətçi kimi tanıyıb. Aysel onun şerlərini səsləndirib. Sonrakı tanışlıq zamanı Aysel onun 3 000 tirajdan ibarət kitabının nəşr olunmasına və ayrı-ayrı yerlərdə təqdimatının keçirilməsinə söz verib. Bunun üçün ondan 7 000 manat pul alıb. Lakin sonradan Aysel bu məsələnin alına bilməyəcəyini deyib. Zərərçəkənin sözlərinə görə, Aysel dəymiş ziyanın 6 993 manatını qaytarıb. Ona qarşı şikayət və tələbi yoxdur.

Məhkəmənin qərarı ilə Aysel Əhədova barəsində amnistiya aktı tətbiq olunub və o, cinayət məsuliyyətindən azad edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Dələduzluq_cinayəti#Sosial_şəbəkələr#Instagram_sosial_şəbəkəsi#Amnistiya_(əfv_fərmanı)#Şair#Bədii_qiraət

Oxşar Xəbərlər

Əvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanıldıKriminal

Əvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanıldı

Əvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanılıb.

Bu gün
16:400
Evinin açarını su sayğacında gizlətdi, onu tapan oğrular isə mənzili taladılarKriminal

Evinin açarını su sayğacında gizlətdi, onu tapan oğrular isə mənzili taladılar

Paytaxtın Nizami rayonunda evlərin birindən oğurluq edilib. Zərərçəkən polisə müraciətində mənzilindən naməlum şəraitdə qızıl-zinət əşyalarının və mobil telefonunun talanmasını bildirib.

Bu gün
16:280
İlin ilk üç ayında neçə cinayətin üstü açılıb? - Nazir tapşırıqlar verdi - FOTOKriminal

İlin ilk üç ayında neçə cinayətin üstü açılıb? - Nazir tapşırıqlar verdi - FOTO

Aprelin 21-də Daxili İşlər Nazirliyində onlayn formatda Kollegiya iclası keçirilib.

Bu gün
16:180
Ölkəyə narkotik gətirən əsas şəxslərdən biri QANDALLANDI - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİKriminal

Ölkəyə narkotik gətirən əsas şəxslərdən biri QANDALLANDI - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Polis və sərhədçilərin birgə əməliyyatı zamanı 28 kq narkotik vasitə aşkarlanıb.

Bu gün
15:480