
Salyanda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var
Salyanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Salyanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Gundem.today "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Quyçu kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı minik avtomobili "Mercedes Ateko" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində VAZ-2107 markalı avtomobildə olanlar - Salyan rayon sakinləri - 1986-cı il təvəllüdlü Zaur Elxan oğlu Ramazanov, 1981-ci il təvəllüdlü Zamin Hilal oğlu Həsənov və 1984-cü il təvəllüdlü Pərvin Siyasət oğlu İslamov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSpace TV-də daha iki verilişin yayımı dayandırılıb
"Space" TV-də daha iki verilişin yayımı dayandırılıb.
CəmiyyətBakının bir küçəsində hərəkət birtərəfli təmin ediləcək
Bakının Vladislav Plotnikov küçəsində birtərəfli hərəkət təmin ediləcək.
CəmiyyətElxan Mikayılova vəzifə verildi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sabiq aparat rəhbəri Elxan Mikayılova yeni vəzifə verilib.
CəmiyyətNəcibə Nəsibovanın yerinə yeni TƏYİNAT
Azərbaycanın Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə müşavir Nəcibə Nəsibova tutduğu vəzifədən ayrılıb.