Son dəqiqə
Trampdan atışmadan sonra ilk açıqlama: "Yaxşı vəziyyətdəyəm"Süd BAHALAŞACAQCəlilabadda ağır qəza: Yaralanan şəxslərin son vəziyyəti açıqlandıSabahın havası meteohəssas insanlar üçün necə olacaq?İran XİN rəhbəri İslamabada gedibTrampın iştirak etdiyi tədbirdəki silahlı insidentlə bağlı yeni detal üzə çıxdı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. "Sanki hər kəs "necə qəliz sual hazırlaya bilərəm?" yarışına girir" - İmtahanlar niyə çətinləşdirilir?
"Sanki hər kəs "necə qəliz sual hazırlaya bilərəm?" yarışına girir" - İmtahanlar niyə çətinləşdirilir?
Cəmiyyət

"Sanki hər kəs "necə qəliz sual hazırlaya bilərəm?" yarışına girir" - İmtahanlar niyə çətinləşdirilir?

Bu gün
18:00
0 baxış
Paylaş:

Tam orta təhsil səviyyəsi üzrə mart ayında keçirilən buraxılış imtahanından sonra mediada və sosial platformalarda abituriyent və valideynlərin sualların çətin olması ilə bağlı şikayətləri eşidilir. Buraxılış imtahanlarının mərhələli təşkili, zonalar üzrə keçirilən imtahanlar arasında böyük vaxt fərqinin nəticələrdə mənfi rol oynaması ilə bağlı da şikayətlər var. Bu günlərdə elm və təhsil naziri Emin Əmrullayevin "Azərbaycanda bəzi fənn mütəxəssisləri istər dil, istərsə də tarix sahəsində sualla

Tam orta təhsil səviyyəsi üzrə mart ayında keçirilən buraxılış imtahanından sonra mediada və sosial platformalarda abituriyent və valideynlərin sualların çətin olması ilə bağlı şikayətləri eşidilir. Buraxılış imtahanlarının mərhələli təşkili, zonalar üzrə keçirilən imtahanlar arasında böyük vaxt fərqinin nəticələrdə mənfi rol oynaması ilə bağlı da şikayətlər var. Bu günlərdə elm və təhsil naziri Emin Əmrullayevin "Azərbaycanda bəzi fənn mütəxəssisləri istər dil, istərsə də tarix sahəsində suallar hazırlayarkən daha çox qarşı tərəfi çaşdırmağa çalışırlar, nəinki onun bilik və bacarıqlarını ölçməyə" fikirləri isə valideyn və abituriyentlərin fikirlərinə bir növ haqq vermiş olub.

Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Sual düşündürücü olmalıdır, çaşdırıcı yox"

"Sualların necə tərtib olunması, nəyi ölçməsi və hamı üçün nə dərəcədə ədalətli olması çox həssas məsələdir", - deyən Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şuranın üzvü Günay Əkbərovanın fikrincə, nazirin səsləndirdiyi fikir əslində uzun illərdir səssiz şəkildə danışılan bir narahatlığı üzə çıxarıb: "Bəzən həqiqətən də elə suallar olur ki, şagird "tələyə düşməmək" üçün diqqət oyununa girir. Bu da belə bir hiss yaradır ki, sanki məqsəd şagirdin nəyi bildiyini yox, harada çaşacağını yoxlamaqdır. Amma digər tərəfdən baxanda, imtahan suallarının müəyyən hissəsinin düşündürücü və fərqləndirici olması da vacibdir. Çünki yüksək nəticə göstərənlərlə orta nəticə göstərənləri ayırmaq üçün yalnız sadə yaddaş tipli suallar kifayət etmir. Dünya təcrübəsində də (məsələn, OECD-nin PISA qiymətləndirməsində) suallar daha çox analiz, tətbiq və düşünmə bacarıqlarını ölçür. Amma burada incə xətt var: sual düşündürücü olmalıdır, çaşdırıcı yox".

"Zənnimcə, burada da şagirdə haqsızlıq edirik"

G.Əkbərova bildirir ki, şagird və valideynin imtahanlarda hiss etdiyi çətinlik tam realdır. Xüsusilə proqramla suallar arasında uyğunluq zəif hiss olunanda bu narahatlıq artır: "Abituriyentin qəbul proqramı MİQ və sertifikasiyadan çox fərqlənmir, zənnimcə, burada da şagirdə haqsızlıq edirik". İŞ üzvü son vaxtlar ən çox müzakirə olunan və narahatlıq yaradan məsələyə - zonalar üzrə fərqli vaxtlarda keçirilən buraxılış imtahanlarına da diqqət çəkdi: "Bu, doğrudan da ən çox müzakirə doğuran məqamlardan biridir. Şagirdlər arasında "kimin daha üstün şəraitdə imtahan verdiyi" ilə bağlı müqayisələr qaçılmaz olur. Vaxt fərqi həm psixoloji hazırlığa, həm də məlumat dövriyyəsinə təsir edə bilir. Dünyada da bu problem tam həll olunmuş deyil. Bu baxımdan, bizdə də əsas məsələ sualların standartlaşdırılması və bərabərliyinə maksimum zəmanət verilməsi olmalıdır. Ümumilikdə məncə, burada ən doğru yanaşma qarşıdurma yox, balansdır. Əsas məsələ iki tərəfin ortaq nöqtədə görüşməsidir: aydın proqram, şəffaf izah, real bacarıqları ölçən, amma çaşdırmağa yönəlməyən suallar".

"Əgər 30 sualdan 25-i və ya daha çoxu çətindirsə..."

Dərsliklərin qiymətləndirilməsi üzrə ekspert, tarix müəllimi Səxavət Zeynalovun fikrincə, imtahan sualları artıq neçə ildir ki, çətindir: "Suallar söz oyunu kimi qurulur və bəzən şagird sualı başa düşmədiyi üçün cavabı səhv yazır. Sözsüz ki, məntiqi düşüncə yoxlanılmalıdır, ancaq bu, şagirdi çaşdırmağa yönəlməməlidir. İmtahandan öncə təkcə sualların doğruluğu deyil, həm də çaşdırıcı olub-olmaması da yoxlanılmalıdır. Əgər 30 sualdan 25-i və ya daha çoxu çətindirsə, bu, problem yaradacaq". Ekspert hesab edir ki, abituriyentlər üçün tərtib edilən proqramlar çox ağırdır: "Beş fəndən qəbul imtahanı verən, eyni gündə üç imtahana girən şagird üçün proqram ağırdır. Son illərə qədər bəlkə də, şagird bu proqramlarla bacara bilirdi. Amma indiki texnoloji dövrdə müəllimlər şagirdləri oxutmaqda çətinlik çəkirlər. Nəticədə şagirdlərin çoxu xarici ölkələrin daha asan proqramlarına yönəlirlər". S.Zeynalovun sözlərinə görə, bu il xüsusilə, Azərbaycan dili və riyaziyyat fənlərindən olan suallar çətin və vaxt aparan olub: "Çətinlik qəbul proqramı və şagirdin yaş səviyyəsi ilə heç uyğun gəlmir".

"Necə çətin sual hazırlaya bilərəm?"

Ekspertin fikrincə, mövcud problemlərin həlli üçün konkret müzakirələr aparılmalıdır: "Ölkədə sanki, hər kəs "necə çətin sual hazırlaya bilərəm?" yarışına girir. Məsələn, Azərbaycan tarixi fənni 5-ci sinifdən keçilir. Həmin fəndən 5-ci sinif üçün sınaqlarda, KSQ-lər və BSQ-lərdə elə suallar salınır ki, bu, şagirdlərin fəndən soyumasına gətirib çıxarır".

"Suallar sadə, aydın, tətbiq və analiz yönümlü olmalıdır"

Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbin müəllimi Səbinə Heybətova mövzuya övladı buraxılış imtahanı verən bir valideyn kimi münasibət bildirir: "İmtahanlar üçün "ən çox səhv aşkarlayan" yox, "ən düzgün ölçən" suallar hazırlanmalıdır. Suallar "tələ" xarakterli deyil, sadə, aydın, tətbiq və analiz yönümlü olmalıdır. Hər sual konkret bir bacarığı ölçməlidir. İmtahandan əvvəl suallar pilot qruplarda yoxlanılmalı, testlərdə asan-orta-çətin balansı qorunmalıdır. Çətin suallar azlıq təşkil etməli və seçici

#Cəmiyyət#Dövlət_İmtahan_Mərkəzi_(DİM)#Buraxılış_imtahanları

Oxşar Xəbərlər

Süd BAHALAŞACAQCəmiyyət

Süd BAHALAŞACAQ

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın süd və qaymaq idxalında nəzərəçarpacaq artım qeydə alınıb. Rəsmi məlumatlara əsasən, ölkəyə 5 858 ton süd və qaymaq gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur.

Bu gün
19:360
Cəlilabadda ağır qəza: Yaralanan şəxslərin son vəziyyəti açıqlandıCəmiyyət

Cəlilabadda ağır qəza: Yaralanan şəxslərin son vəziyyəti açıqlandı

Cəlilabad rayonunda baş verən qəzada yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.

Bu gün
19:320
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?Cəmiyyət

Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?

Sabaha olan tibbi-meteoroloji proqnoz açıqlanıb.

Bu gün
19:240
Çörəyə çıxdılar, qayıdanda evlərini yerlə-yeksan gördülər - Paytaxtda qalmaqallı söküntü İDDİASI - VİDEOCəmiyyət

Çörəyə çıxdılar, qayıdanda evlərini yerlə-yeksan gördülər - Paytaxtda qalmaqallı söküntü İDDİASI - VİDEO

Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 104 ünvanında yaşayan sakinlər evlərinin qanunsuz söküldüyünü iddia edirlər.

Bu gün
18:360