
Şanlıurfada məktəbdə daha bir insident: Valideyn müəllimə bıçaqla hücum etdi
Türkiyənin Şanlıurfa bölgəsinin Siverek rayonunda orta məktəblərdən birində valideyn müəllimə bıçaqla hücum etməyə çalışıb.
Türkiyənin Şanlıurfa bölgəsinin Siverek rayonunda orta məktəblərdən birində valideyn müəllimə bıçaqla hücum etməyə çalışıb.
Gundem.today xəbər verir ki, bu barədə "Sözcü" qəzeti məlumat yayıb.
Məlumata görə, silahlı hücum edən şəxs məktəbdəki polis əməkdaşları tərəfindən saxlanılıb.
Asayiş keşikçilərin müdaxiləsi sayəsində bıçaqla hücumun qarşısı son anda alınıb.
Qeyd olunur ki, insident zamanı xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonunda yerləşən liseydə baş verən insident zamanı 16 nəfər xəsarət alıb. Aprelin 15-də isə Türkiyənin Kahramanmaraş şəhərində 8-ci sinif şagirdi məktəbə silahlı hücum edərək bir müəllimi və səkkiz şagirdi qətlə yetirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDünya neft bazarında SON VƏZİYYƏT: Qiymətlərdə hansı dəyişiklik var?
Qlobal bazarda neft cüzi ucuzlaşıb.
DünyaHörmüz boğazında konteyner gəmisinə hücum edildi - FOTO
Hörmüz boğazı sularında, Oman sahillərindən təxminən 15 dəniz mili aralığında konteyner gəmisinə hücum faktı qeydə alınıb.
DünyaABŞ-nin raket ehtiyatlarının bərpası illər çəkəcək
ABŞ-nin İrana qarşı hərbi əməliyyatlar zamanı istifadə etdiyi raket ehtiyatlarının bərpa olunması illər tələb edəcək.
DünyaTrampın "TikTok"da "Qafqaz" mahnısının sədaları altında yeni videosu yayımlanıb - VİDEO
ABŞ Prezidenti Donald Trampın iştirakı ilə videoçarx yayımlayıb və həmin videonun musiqi müşayiəti kimi "Qafqaz" kompozisiyası seçilib.