
Şəkər xəstələrinə balqabaq yemək olar? - Həkimdən məsləhət
Düzgün hazırlanan və normada istehlak edilən balqabaq qan şəkərinin kəskin dəyişməsinə yol açmır. Buna baxmayaraq, diabetin son mərhələlərində suda bişmiş balqabağın çox yeyilməsindən çəkinmək lazımdır.
Düzgün hazırlanan və normada istehlak edilən balqabaq qan şəkərinin kəskin dəyişməsinə yol açmır. Buna baxmayaraq, diabetin son mərhələlərində suda bişmiş balqabağın çox yeyilməsindən çəkinmək lazımdır.
Gundem.today xəbər verir ki, bu barədə gazeta.ru-ya rusialı həkim-endokrinoloq Nataliya Tananakina bildirib.
Mütəxəssis izah edib ki, tərəvəzin tərkibi hüceyrələri zərərli sərbəst radikallardan qoruyan antioksidantlar, həmçinin lif, mineral və vitaminlərlə zəngindir. Düzgün istifadə olunduğu təqdirdə balqabaq pəhriz menyusunun dəyərli bir elementi olur.
Ekspert qeyd edib ki, ən aşağı qlikemik indeks (Qİ) çiy balqabaqdadır. Qİ məhsulun karbohidratlarının təmiz qlükoza ilə müqayisədə qan şəkərini hansı sürətlə və miqdarda yüksəltdiyini göstərir. Diabet xəstələri üçün qlükoza səviyyəsinin qəfil artması təhlükəlidir. Endokrinoloqun sözlərinə görə, çiy balqabağın qlikemik indeksi 25-30 arasındadır ki, bu da onun təhlükəsiz və ləng həzm edildiyini göstərir. Sobada bişirilən variantın Qİ-si 50-55-dir və müəyyən miqdarda yeyilməsi məqbuldur. Lakin qaynadıldıqda və ya püre şəklinə salındıqda bu göstərici 65-75-ə qalxır. Belə formada çox yeyilərsə, şəkərin səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksələ bilər.
Həkim xəbərdarlıq edir ki, diabetin dekompensasiyası mərhələsində porsiya ölçülərinə ciddi nəzarət tələb olunur. Çünki xəstəliyin bu səviyyəsində kənardan vurulan insulin qan şəkərini normaya salmağa kifayət etmir. Mütəxəssis əlavə edib ki, istilik emalından keçmiş balqabağın qlikemik indeksi yüksək olsa da, porsiyadakı karbohidrat miqdarı az olduğu üçün qlikemik yükü aşağı qalır. Məhz buna görə də 100-150 qram suda bişmiş balqabaq istehlak etmək qlükozanın qəfil qalxmasına səbəb olmur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyədə "ruhlar kəndi" turistlərin ziyarətinə açılacaq - FOTO
Türkiyənin İzmir vilayətinin Ödemiş rayonunda sakinlərin köçməsi nəticəsində boş qalan, yalnız bir neçə ailənin yaşadığı və tərk edilmiş görünməsi səbəbi ilə "ruhlar kəndi" kimi tanınan Lübbey məhəlləsi turistik məkana çevriləcək.
DünyaHəkim xərçəng xəstəliyindən "sığortalanmış" insan qrupunu açıqladı
Jilber sindromu olan insanlarda xərçəng xəstəliyi daha az diaqnoz edilir və onlar daha uzun yaşayırlar.
DünyaKonor Makqreqor növbəti döyüşünün vaxtını açıqlayıb
İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor 2021-ci ildən sonra ilk döyüşünü bu yay keçirməyi planlaşdırdığını bildirib.
DünyaTürkiyədə şagirdlərin telefonlarına nəzarət gücləndirilir: Xüsusi SIM-kartlar tətbiq olunacaq
Məktəblərdə baş verən son silahlı insidentlərdən sonra Türkiyə hökuməti arzuolunmaz məzmunu bloklama sisteminə malik xüsusi uşaq SIM-kartların tətbiq edilməsi barədə qərar qəbul edib.