
Tramp İrana ultimatum verdi: "Bəsdir"
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar istənilən halda İranla sülh sazişinin bağlanmasına nail olacaq.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar istənilən halda İranla sülh sazişinin bağlanmasına nail olacaq.
Gundem.today bildirir ki, bu barədə "ABC News" telekanalının aparıcısı Conatan Karl məlumat verib.
"Bu, hər necə olursa-olsun, yaxşı yolla və ya pis yolla baş tutacaq", - deyə C.Karl "X" platformasında Ağ Evin rəhbərindən sitat gətirib.
Öz növbəsində, D.Tramp "Truth Social" şəbəkəsində Tehranın razılaşmadan imtina edəcəyi təqdirdə İrandakı bütün elektrik stansiyalarını və körpüləri məhv edəcəyi barədə təhdidini yenidən səsləndirib.
"Yaxşı oğlan olmaq artıq bəsdir. Onlar tez təslim olacaqlar, asanlıqla təslim olacaqlar. Biz çox ədalətli və ağlabatan razılaşma təklif edirik və ümid edirəm ki, bununla razılaşacaqlar, çünki əks halda Birləşmiş Ştatlar ordusu İrandakı hər bir elektrik stansiyasını və istisnasız olaraq bütün körpüləri məhv edəcək", - deyə prezidentin paylaşımında bildirilir.
D.Tramp həmçinin iddia edib ki, bunu etmək onun üçün "şərəf olacaq" və bu, son 47 il ərzində digər ABŞ administrasiyaları tərəfindən edilməli idi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp: "ABŞ nümayəndələri İranla danışıqlar üçün Pakistana yollanırlar"
"ABŞ nümayəndə heyəti İranla danışıqlarda iştirak etmək üçün aprelin 20-də Pakistana gedəcək".
DünyaYəməndən sensasion bəyanat: "Neft yolunu bağlaya bilərik"
Husi hökumətinin xarici işlər nazirinin müavini Hüseyn əl-Əzzi bəyan edib ki, onlar ABŞ Prezidenti Donald Trampın sülhün əldə olunmasına mane olmağa davam edəcəyi təqdirdə Bab-əl-Məndəb boğazını bağlaya bilərlər.
DünyaLukaşenkodan gözlənilməz etiraf: "Mən ölməzdən əvvəl Belarusda yeni lider ortaya çıxacaq"
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkənin yeni rəhbəri onun həyatdan getməsindən xeyli əvvəl ortaya çıxacaq.
DünyaTailand gəmisi Hörmüz boğazından çıxdı
Tailand Xarici İşlər Nazirliyinin (XİN) təhlükəsiz keçidin təmin edilməsi barədə sorğusundan sonra bu ölkəyə məxsus gəmi Hörmüz boğazından çıxıb.