
Hər gün daş yonan qadın: 65 yaşında ağır əməyə meydan oxuyur - FOTOREPORTAJ
Bülbül Babayeva artıq 15 ildir ki, tamet daşları istehsal edən sexdə çalışır.
Bülbül Babayeva artıq 15 ildir ki, tamet daşları istehsal edən sexdə çalışır.
Gundem.today PhotoStock.Az-a istinadla xəbər verir ki, maddi ehtiyaclarını qarşılamaq üçün başladığı bu iş zamanla onun həyatının bir parçasına çevrilib.
Ağır fiziki əməyə baxmayaraq, o, illər keçdikcə işinə öyrəşdiyini və hər mərhələsini yaxşı mənimsədiyini deyir. Sexdə iş prosesi ardıcıl və diqqət tələb edən mərhələlərdən ibarətdir.
Əvvəlcə qəliblər yağlanır ki, hazır məhsul asanlıqla çıxarılsın. Daha sonra palçıq xüsusi qurğuda qarışdırılır və hazır vəziyyətə gətirilir.
Qarışıq qəliblərə doldurulduqdan sonra isə vibrasiya aparatı vasitəsilə sıxlaşdırılır və formaya salınır. Növbəti mərhələdə daşlar qurumağa buraxılır və tam sərtləşdikdən sonra istifadəyə hazır olur.
Fiziki güc və incə dəqiqlik tələb edən bu sahə 65 yaşlı Bülbül Babayevanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.
15 ildir tamet daşları hazırlayan Bülbül Babayeva ilə fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıYuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər
Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.
MaraqlıYer kürəsində maqnit fırtınası başlayıb
Koronal dəlikdən Yerə yaxınlaşan sürətli Günəş küləyi axını aprelin 18-də Yer kürəsində zəif maqnit qasırğası başladıb.
MaraqlıRusiyalı həkimdən xəbərdarlıq: Bahar günəşi dərinizə ciddi zərər verə bilər
Qış aylarından sonra dərinin həssaslığı artır. Bu səbəbdən yaz fəslində havanın sərin olmasına baxmayaraq, günəş şüaları asanlıqla dəri yanıqlarına səbəb ola bilər.
MaraqlıHindistanda ağlagəlməz həkim səhvi
Hindistanda yaşlı qadın xəstələrin identifikasiyasında yol verilən kobud səhv nəticəsində lazımsız cərrahi müdaxiləyə məruz qaldıqdan sonra dünyasını dəyişib.