
Sevgilisinin telefonda başqa qızla yazışmasını görən qadın döyüldü - MƏHKƏMƏ
Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Alı Alıyevin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Alı Alıyevin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 2026-cı il fevralın 20-də saat 22 radələrində paytaxtın Nizami rayonu ərazisində baş verib.
Belə ki, Alı Alıyev qeyri-rəsmi nikahda yaşadığı zərərçəkmiş Səmayə Səfərzadənin (adı və soyadı şərtidir) onun mobil telefonunda başqa qızla yazışmasını görməsi ilə aralarında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı qadın ona qarşı nalayiq ifadələr işlədib. Bu zaman təqsirləndirilən şəxs qisas almaq niyyəti ilə yumruqla onun üz və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Nəticədə Səmayə Səfərzadə sağ bazu oynağında nisbi hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazunun hematoması, çənənin, boyunun, kürək nahiyəsinin, sol bazunun, sol dirsək nahiyəsinin, hər iki saidin, sol budun qançırları və boyunun sıyrığı ilə müşayiət olunan bədən xəsarətləri alıb.
Həmin xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirilib.
Beləliklə, Alı Alıyevin əməli Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş qəsdən sağlamlığa yüngül zərərvurma kimi tövsif olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalRöya Ayxanın stilistini öldürən şəxs qərardan narazıdır - FOTO
Bakıda stilist Orxan Seyidovu qətlə yetirməkdə ittiham olunan Pərviz Həsənovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
KriminalBakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verdi
Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verib.
Kriminal"Müəllimlərə dedik, amma..." - Məktəbdə baş verən insidentlə bağlı şok İDDİA - VİDEO
Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə doqquzuncu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.
Kriminal70 kq qızılla saxlanılan polkovnik-leytenantın yeddi il həbsi tələb edildi - VİDEO
İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.