
"Müəllimlərə dedik, amma..." - Məktəbdə baş verən insidentlə bağlı şok İDDİA - VİDEO
Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə doqquzuncu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.
Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə doqquzuncu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.
Gundem.today xəbər verir ki, bu barədə Baku TV-nin hazırladığı videomaterialda məlumat verilib.
İddialara görə, şagirdlər arasında əvvəllər də münaqişələr olub. Xəsarət yetirən şagirdin yaranmış problemlə bağlı dəfələrlə müəllimlərə müraciət etməsinə baxmayaraq, məsələ öz həllini tapmayıb.
Hadisənin təfərrüatı ilə bağlı danışan məktəblilərdən birinin sözlərinə görə, insidentə səbəb şagirdin uzun müddət "sıxışdırılması" (bullinq) olub:
"Deyilənə görə, həmin şagirdi əsəbiləşdiriblər, o da buna cavab olaraq əvəz çıxmaq istəyib. Uşaqlar onu sıxışdırıblar. Hətta o, bu barədə məktəb rəhbərliyinə də məlumat vermişdi, lakin heç bir tədbir görülmədi".
Bakıda 2011-ci il təvəllüdlü məktəblinin üzərinə spirt tökərək alışqanla yandıran sinif yoldaşı saxlanılıb.
Gundem.today-ın əldə etdiyi məlumata görə, 2010-cu il təvəllüdlü məktəbli polis əməkdaşlarının keçirdikləri təbdirlər nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli
Bakıda 286 nömrəli tam orta ümumtəhsil məktəbindən xəsarət alan IX sinif şagirdinin vəziyyəti açıqlanıb.
Gundem.today-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 20-də saat 10:15-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 286 nömrəli məktəbdən çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 2011-ci il təvəllüdlü yeniyetmə (kişi) yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona başın, üzün, boynun, gövdənin ön-yan səthlərinin hər iki yuxarı ətraflarının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub.
Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.
Bu barədə Gundem.today-a Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb.
Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Hadisə aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.
Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır. Məktəb psixoloqu tərəfindən şagirdlərlə zəruri dəstəkləyici tədbirlər həyata keçirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBinə qəsəbəsində narkopriton aşkarlanıb, saxlanılanlar var - VİDEO
Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Binə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.
KriminalKolumbiyada serial çəkilişində faciə: Bıçaqlı hücumda üç nəfər öldü - VİDEO
Kolumbiyada məşhur bir teleserialın çəkiliş meydançasında yoldan keçən şəxs iki nəfəri bıçaqlayaraq öldürüb. Hücum edən şəxs də hadisə yerində məhv edilib.
KriminalYeddi körpənin ölümü ilə bağlı məhkəmədə yeni sənədlərin tədqiqinə başlanıldı
Respublika Perinatal Mərkəzində 7 körpənin ölümu ilə nəticələnən yanğınla bağlı cinayət işinin növbəti məhkəmə iclası keçirilib.
KriminalQadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda qadını yandırıb öldürməkdə təqsirləndirilən Röyal Tağıyevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.