
SOCAR rəsmiləri "Neptun" özüqalxan qazma qurğusuna səfər ediblər
SOCAR-ın vitse-prezidentləri Babək Hüseynov, Arzu Cavadova, Ziba Mustafayeva və İsmayıl Zərgərli UBOC tərəfindən istismar olunan "Neptun" özüqalxan qazma qurğusuna səfər ediblər.
SOCAR-ın vitse-prezidentləri Babək Hüseynov, Arzu Cavadova, Ziba Mustafayeva və İsmayıl Zərgərli UBOC tərəfindən istismar olunan "Neptun" özüqalxan qazma qurğusuna səfər ediblər.
Bu barədə Gundem.today-a SOCAR-dan məlumat verilib.
Qeyd olunub ki, nümayəndə heyəti "Ümid" yatağında U-01A sualtı qiymətləndirmə quyusunda aparılan işlər və qurğunun texniki imkanları ilə yaxından tanış olub, qazma prosesini real vaxt rejimində izləyib.
Layihə çərçivəsində Xəzər hövzəsində ilk dəfə özüqalxan qazma qurğusu vasitəsilə dərin sualtı qiymətləndirmə quyusunun qazıldığı və "Ümid" yatağında 6 972 metr dərinliyə malik ən dərin quyunun uğurla tamamlandığı diqqətə çatdırılıb. Layihənin yüksək təhlükəsizlik standartlarına uyğun, vaxtından əvvəl və səmərəli şəkildə icra olunması xüsusi vurğulanıb.
Bununla yanaşı, "Neptun" qazma qurğusunda həyata keçirilən əməliyyatların ölkənin neft-qaz sənayesində texnoloji imkanların genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatBakıda binaların təmirinə 23 milyon manatdan çox pul xərclənəcək
Bakının bir neçə rayonunda binalar təmin olunacaq.
İqtisadiyyatRezidentura imtahanının nəticələri elan edilib
Rezidenturaya qəbul olmaq üçün 3 may 2026-cı il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələri elan edilib.
İqtisadiyyatŞuşa qalası təmir olunacaq
Leysan yağışları nəticəsində Şuşa qalasının zədələnmiş və uçmuş hissəsinin bərpasına başlanılır. Təmir proseduruna və ayrılan 241 min manatlıq büdcəyə dair detallar.
İqtisadiyyatBəzi hallarda kənd təsərrüfatı torpaqlarında yaşıllıqların kəsilməsinə icazə veriləcək
Yaşıllıqların götürülməsinə icazə verilən halların siyahısı genişlənir.