Son dəqiqə
Yer-göy zir-zibilÇində 132 nəfərin ölümü ilə nəticələnən aviaqəzanın səbəbi bilindiBƏƏ sakinlərinə raket təhlükəsi barədə xəbərdarlıq edildi - FOTO"Haber Global" İlham Əliyevin Avropa Siyasi Birliyi Sammitində Zəngəzur dəhlizi ilə bağlı çıxışına diqqət çəkdi - VİDEOSabahın havası meteohəssas insanlar üçün necə olacaq?İlon Mask Avropa Komissiyasının 120 milyon avroluq cəriməsinin ləğvinə çalışır
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Rezidentura imtahanının nəticələri elan edilib
Rezidentura imtahanının nəticələri elan edilib
İqtisadiyyat

Rezidentura imtahanının nəticələri elan edilib

Bu gün
16:20
0 baxış
Paylaş:

Rezidenturaya qəbul olmaq üçün 3 may 2026-cı il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələri elan edilib.

Rezidenturaya qəbul olmaq üçün 3 may 2026-cı il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələri elan edilib.

Gundem.today xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1702 namizəddən 34 nəfəri imtahana gəlməyib.

556 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

Müsabiqə şərtini ödəyənlərdən 279 nəfər 4 və ya 5-ci kurs tələbələridir.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

Mayın 3-də keçirilən imtahanda 114 nəfər bu ilin, 163 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 277 namizəd ikinci mərhələyə buraxılıb.

Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 674 namizəd də birbaşa ikinci mərhələyə - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 5 may saat 10:00-dan 6 may saat 17:00-dək müraciət edə bilərlər.

Qeyd 1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyunun 21-də keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək üçün qeydiyyat 25 may - 4 iyun 2026-cı il tarixlərində DİM-in saytında internet vasitəsilə aparılacaq.

Qeyd 2. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 9-da keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq "məqbul" nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#rezidentura_qəbul_imtahanı_2026#baza_fənləri_imtahan_nəticələri#DİM_rezidentura_nəticələri#apellyasiya_müraciəti_qaydaları#ixtisas_fənləri_imtahanı#tibb_təhsili#rezidentura_keçid_balı#Dövlət_İmtahan_Mərkəzi#imtahan_ballarının_yoxlanılması

Oxşar Xəbərlər

Bəzi hallarda kənd təsərrüfatı torpaqlarında yaşıllıqların kəsilməsinə icazə veriləcəkİqtisadiyyat

Bəzi hallarda kənd təsərrüfatı torpaqlarında yaşıllıqların kəsilməsinə icazə veriləcək

Yaşıllıqların götürülməsinə icazə verilən halların siyahısı genişlənir.

Bu gün
12:100
Kənd təsərrüfatı torpaqlarında bitkilərin kəsilməsinə görə kompensasiya bəzi hallarda ləğv edilirİqtisadiyyat

Kənd təsərrüfatı torpaqlarında bitkilərin kəsilməsinə görə kompensasiya bəzi hallarda ləğv edilir

Azərbaycanda yaşıllıqların köçürülməsinə görə bəzi hallarda bərpa dəyəri (kompensasiya) ödənilməyəcək.

Bu gün
12:010
Milli və xarici valyutada əməliyyatların aparılması qaydalarında dəyişiklik edilibİqtisadiyyat

Milli və xarici valyutada əməliyyatların aparılması qaydalarında dəyişiklik edilib

"Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nda dəyişiklik edilib.

Bu gün
11:460
"Bitcoin"in qiyməti artdı - Son ayların yeni rekorduİqtisadiyyat

"Bitcoin"in qiyməti artdı - Son ayların yeni rekordu

"Bitcoin"in qiyməti 31 yanvar 2026-cı ildən bəri ilk dəfə olaraq ticarət əməliyyatları zamanı 80 min dolları ötüb.

Bu gün
10:100