
Sonuncu həmtəsisçi də Maskın süni intellekt startapını tərk etdi
Amerikalı sahibkar İlon Maskın yaratdığı "xAI" startapını sonuncu həmtəsisçi də tərk edib.
Amerikalı sahibkar İlon Maskın yaratdığı "xAI" startapını sonuncu həmtəsisçi də tərk edib.
Gundem.today "Business Insider"ə istinadən xəbər verir ki, şirkətdə prioritetlərin koordinasiyasına və ümumi fəaliyyətə nəzarət edən Ross Nordin vəzifəsindən ayrılıb.
Məlumata görə, Nordin 2023-cü ildə "xAI"nin yaradılmasında iştirak edib və bundan əvvəl "Tesla"da avtopilot sistemi və "Full Self-Driving" üçün təlim infrastrukturu üzərində çalışıb.
Onun gedişi "xAI"də aparılan yenidənqurma və kadr ixtisarları fonunda baş verib. Bu ilin əvvəlindən startapı bir sıra əsas mütəxəssislər tərk edib və nəticədə ilkin komanda demək olar ki, tam yenilənib.
Məlumata əsasən, şirkətdə daha geniş restrukturizasiya prosesi davam edir. Bu il ərzində onlarla əməkdaş ixtisar olunub, bəzi layihələr isə yenidən qurulub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTO
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu
"ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır".
DünyaABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb
Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.