
Stilisti öldürən şəxslə bağlı YENİ QƏRAR
Bakıda stilist Orxan Seyidovu qətlə yetirməkdə ittiham olunan Pərviz Həsənovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda stilist Orxan Seyidovu qətlə yetirməkdə ittiham olunan Pərviz Həsənovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, şikayət təmin edilməyib.
İttihama görə, hadisə ötən ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb.
1988-ci il təvəllüdlü Orxan Seyidov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1999-cu il təvəllüdlü Pərviz Həsənov tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilərək öldürülüb.
İstintaq orqanı tərəfindən Pərviz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Pərviz Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Sosial mediada yayılan xəbərlərdə bildirilib ki, mərhum Orxan Seyidov stilist kimi fəaliyyət göstərib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalAğcabədidə iki əmioğlu öldürüldü - Saxlanılan var
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfərin qətlə yetirilməsinin təfərrüatları məlum olub.
KriminalAğcabədidə iki əmioğlu öldürüldü - 22 yaşlı tanışları SAXLANILDI
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfərin qətlə yetirilməsinin təfərrüatları məlum olub.
KriminalAğcabədidə iki nəfər qətlə yetirildi - Saxlanılan var
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfər qətlə yetirilib.
KriminalTbilisidə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Gürcüstanın paytaxtı Tbilisidə 37 yaşlı azərbaycanlı turist İradə Quliyeva qətlə yetirilib.