
Vüqar Gülməmmədov: "Qarabağda tikinti layihələrində səmərəlilik prinsipləri tam gözlənilməyib"
"Bəzi hallarda tikinti layihələrinin icrası prosesində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərdən qənaətlə və səmərəli istifadə prinsipi tam gözlənilməyib".
"Bəzi hallarda tikinti layihələrinin icrası prosesində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərdən qənaətlə və səmərəli istifadə prinsipi tam gözlənilməyib".
Gundem.today xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, ölkə başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər strateji baxımdan böyük əhəmiyyətə malikdir:
"Bu istiqamətdə apardığımız auditlər layihələrin icrası davam etdiyi üçün əsas post-audit xarakterli deyildir. Auditlərin nəticəsi üzrə aşkarlanan nöqsanların müvafiq məbləğlərə nisbəti əhəmiyyətli sayılmır. Əsas audit nəticələri kimi qeyd edə bilərik ki, bəzi hallarda tikinti layihələrinin icrası prosesində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərdən qənaətlə və səmərəli istifadə prinsipi tam gözlənilməyib. Belə ki, kommersiya (xüsusilə özəl sektor) subyektlərinin vəsaiti hesabına layihələndirilməsi və maliyyələşdirilməsi nəzərdə tutulan bazar kompleksi, məişət xidməti, market və ticarət binalarının tikintisi üzrə xərclər sosial xarakterli xərclər kimi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilib, yaşayış evlərinin və mənzillərin daha səmərəli şəkildə layihələndirilməsi təmin edilməyib.
Eyni zamanda, Qarabağa qayıdış çərçivəsində yaşayış məntəqələrinin layihələndirilməsində təbii relyefin tam diqqətə alınmaması, şaquli planlaşdırma həllərində tökmə torpaqdan istifadənin artması ilə yanaşı, əsaslandırılmış zərurət olmadan layihələrdəki qruntun çıxarılması və əks doldurmanın həcminin artması əlavə büdcə vəsaitinə tələbatın yaranmasına səbəb olub".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatSOCAR-ın prezidenti "Ukrnafta"nın rəhbəri ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf "Ukrnafta"nın baş icraçı direktoru Sergey Koretski ilə görüşüb.
İqtisadiyyatİsmayıllıda sahibkarlığın inkişafına dair görüş təşkil olunub - FOTO
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda sahibkarlarla görüş keçirilib.
İqtisadiyyatBüdcə vəsaitlərinin idarəedilməsi üzrə aşkarlanan nöqsanların sayı AÇIQLANDI
36 nəzarət tədbirində büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkarlanıb.
İqtisadiyyatDünyanın nəfəsi dar boğazlarda qalıb: Benzin bahalaşacaq? - VİDEO
Körfəzdə ilişib qalan tankerlər, artan neft qiymətləri... ABŞ və İsrailin İranla münaqişəsinin ən açıq nəticələrindən biri budur. Yaxın Şərqdə müharibə səbəbindən Hörmüz boğazı uzun müddətdir bağlıdır. Boğazın ikitərəfli blokadası dünyada enerji böhranı yaradıb.