Son dəqiqə
Azərbaycanda qadın keçmiş sevgilisindən və ailəsindən qəribə şəkildə qisas aldıMessinin klubu baş məşqçisiz qaldıLitvanın baş naziri: "Azərbaycan Avropaya enerji təchizatında çox böyük rol oynaya bilər" - VİDEOABŞ və İran razılığa gələ biləcəklər? - Danışıqların növbəti raundundan hansı gözləntilər var? - VİDEOSerbiya İsraillə birgə hərbi dron istehsal edəcəkGörkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri təsdiq edilib
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri təsdiq edilib
Siyasət

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri təsdiq edilib

Bu gün
18:42
0 baxış
Paylaş:

Nazirlər Kabineti su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında qərar qəbul edib.

Nazirlər Kabineti su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında qərar qəbul edib.

Gundem.today xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri", eləcə də "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin forması" təsdiq edilib.

Qərar 2026-cı il sentyabrın 1-dən qüvvəyə minir.

Təbii su mənbələrindən (su obyektlərindən) aşağıdakı məqsədlərlə götürülən suya görə ödəniş tutulmur:

- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin emal edilməmiş su ilə təmin edilməsi;

- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən içməli su təchizatı;

- "Azərenerji" ASC tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.

Su Məcəlləsinin 36-cı maddəsinə əsasən ümumi istifadədə olan, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslər öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə və s.) ödənişsiz istifadə edirlər.

Torpaq sahibləri Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları"na uyğun olaraq onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizontda quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında həmin Qaydalarda nəzərdə tutulan yerin təkindən istifadəyə görə ödənişlərdən azaddırlar.

Balıqçılıq, o cümlədən akvakultura məqsədilə yerüstü su obyektlərindən götürülən su istifadə edildikdən sonra drenaj sistemlərinə axıdıldıqda ödəniş 10 əmsal tətbiq edilməklə hesablanır.

Nazirlər Kabinetinin 6 mart 2026-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri"nin 3.3.2-ci yarımbəndinə uyğun olaraq tullantı suları tullantı sutəmizləyici qurğular tətbiq etməklə müəyyən edilmiş normalara çatdırıldıqdan sonra su obyektlərinə axıdıldıqda, ödənişlər 0.7 əmsal tətbiq edilməklə hesablanır.

Su obyektlərinə tullantı sularının axıdılmasına görə müəyyən edilmiş ödənişlər su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edən şəxsləri Nazirlər Kabinetinin 17 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Su obyektlərinə çirkləndirici maddələrin axıdılmasına görə ödəniş normativləri"ndə nəzərdə tutulmuş ödənişlərdən azad etmir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Əli_Əsədov#Nazirlər_Kabineti#Azərenerji#Azərbaycan_Dövlət_Su_Ehtiyatları_Agentliyi_(ADSEA)

Oxşar Xəbərlər

Litvanın baş naziri: "Azərbaycan Avropaya enerji təchizatında çox böyük rol oynaya bilər" - VİDEOSiyasət

Litvanın baş naziri: "Azərbaycan Avropaya enerji təchizatında çox böyük rol oynaya bilər" - VİDEO

"Azərbaycan Şərq regionunda aparıcı rol oynaya bilər və görürük ki, hazırda geosiyasi vəziyyət dəyişir və çox dinamikdir".

Bu gün
00:300
ABŞ və İran razılığa gələ biləcəklər? - Danışıqların növbəti raundundan hansı gözləntilər var? - VİDEOSiyasət

ABŞ və İran razılığa gələ biləcəklər? - Danışıqların növbəti raundundan hansı gözləntilər var? - VİDEO

ABŞ və İran arasında birbaşa danışıqların növbəti raundunun yaxın günlərdə keçirilməsi gözlənilir.

Bu gün
00:240
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdürSiyasət

Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.

Bu gün
00:080
Azərbaycanın səhiyyə sistemində yeni mərhələ: Əsas məqsəd vətəndaş məmnunluğunu artırmaqdırSiyasət

Azərbaycanın səhiyyə sistemində yeni mərhələ: Əsas məqsəd vətəndaş məmnunluğunu artırmaqdır

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müxtəlif sahələr üzrə genişmiqyaslı və sistemli islahatlar həyata keçirilir. Bu islahatlar ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, idarəetmədə daha çevik və səmərəli mexanizmlərin formalaşdırılmasına, həmçinin vətəndaş məmnunluğunun artırılmasıa xidmət edir. Xüsusilə sosial sahədə atılan addımlar əhalinin rifahının yüksəldilməsinə yönəlib. Bütün bu islahatların əsas məqsədi dövlət xidmətlərini daha keyfiyyətli səv

Bu gün
23:540