
Sükan arxasında telefonla danışan avtobus sürücüsü CƏZALANDIRILDI - FOTO - VİDEO
Bakıda avtobus sürücüsünün sükan arxasında telefonla danışması sərnişinlərin narahatlığına səbəb olub.
Bakıda avtobus sürücüsünün sükan arxasında telefonla danışması sərnişinlərin narahatlığına səbəb olub.
Bu barədə Gundem.today-a şikayət daxil olub.
Qeyd olunub ki, 191 nömrəli xətt üzrə hərəkət edən 10-TG-118 dövlət nömrə nişanlı avtobusun sürücüsü metronun "Qara Qarayev" stansiyasının qarşısından Əmircan qəsəbəsinə kimi dayanmadan telefonla söhbət edib.
"Bu qədər yolu sürücü ancaq telefon qulağında sükanı idarə edib. Bu isə sərnişinlərin həyatını riskə atmaq deməkdir", - şikayətdə vurğulanıb.
Gundem.today-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, məsələ araşdırılıb və sürücüyə töhmət verilib:
"Müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunu idarə edən sürücünün sükan arxasında telefondan istifadə etməsi qayda pozuntusu olmaqla yanaşı daşımaların təhlükəsizliyi baxımından da risk yaradır. Sözügedən marşrut xətləri üzrə daşıyıcıya tərəfimizdən xəbərdarlıq edilib və sürücü barədə ölçü götürülməsi tapşırılıb. Sərnişindaşıma qaydalarını pozduğuna görə sürücüyə töhmət verilib".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətLənkəranda məşhur restoranda mənşəyi məlum olmayan alkoqollu içkilər AŞKARLANDI - FOTO
Lənkəran şəhəri, Füzuli küçəsində fəaliyyət göstərən, Əli Hacıağa oğlu Ağayevə məxsus "Ağ Saray" şadlıq evində yoxlama keçirib.
CəmiyyətSabah hava necə olacaq? - 08.04.2026
Azərbaycanda aprelin 8-də gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətZəngilanın I yaşayış mərhələsində işlər bitib
Zəngilan şəhərinin I yaşayış mərhələsində işlər bitib.
CəmiyyətKeçmiş gəlinindən Məzahir Pənahova İTTİHAM: "Ona nüfuz önəmli deyil, zinət əşyalarımı qaytarmırlar"
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov həyat yoldaşı Həlimə Ələsgərovaya Bakı Apellyasiya Məhkəməsində uduzsa da, ona aid əşyaları hələ də geri qaytarmayıb.