
Rusiyalı nazir digər vəzifələrdə törətdiyi əməllərə görə də cavab verəcək
Rusiyanın Krasnoyarsk diyarında müstəntiqlər ötən gün saxlanılan regional tarif siyasəti naziri Aleksandr Ananyevə qarşı ittiham irəli sürüblər.
Rusiyanın Krasnoyarsk diyarında müstəntiqlər ötən gün saxlanılan regional tarif siyasəti naziri Aleksandr Ananyevə qarşı ittiham irəli sürüblər.
Gundem.today-ın məlumatına görə, bu barədə lenta.ru-ya Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.
Ananyev Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsi (rüşvətalma) ilə ittiham olunur.
Müstəntiqlərin sözlərinə görə, 2022-ci ilin avqustunda Ananyev diyarın sənaye, energetika və mənzil-kommunal xidmətlər naziri vəzifəsində çalışarkən ona enerji şirkətinin sahibi müraciət edib. Nazir 10 milyon rubl müqabilində şirkətə ərazi şəbəkəsi təşkilatı statusu verəcəyini vəd edib. 2022-ci ilin noyabr ayında təqsirləndirilən şəxs rüşvətin ilk hissəsini - beş milyon rublu alıb.
2023-cü ilin oktyabr ayından etibarən Ananyev Krasnoyarsk diyarının tarif siyasəti naziri vəzifəsində çalışıb. Daha əvvəl, 2021-ci ildən 2023-cü ilə qədər o, Sənaye, Energetika və Mənzil-Kommunal Xidmətlər Nazirliyinə rəhbərlik edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSAXAL İranın 130-dan çox HHM sistemini məhv edib - VİDEO
İsrail Müdafiə Qüvvələri (SAXAL) İrana endirilən aviazərbələrin yeni görüntüsünü paylaşıb.
Dünyaİsrailin şəhərləri bombalandı - VİDEO
"Hizbullah" İsrailin şimal bölgələrini növbəti dəfə raket atəşinə tutub.
DünyaTayvanın müxalifət liderinin Çinə sirli səfəri - Trampın mövqeyinin təsiri varmı?
Tayvanın aparıcı müxalifət təşkilatı sayılan Kuomintang partiyasının (KMT) rəhbəri Çenq Li-vun Çin Xalq Respublikasına gedib.
DünyaAİ daxilində gərginlik artır: 90 milyardlıq Ukrayna planı bloklanıb
Avropa İttifaqı (Aİ) mühüm mövzularda, o cümlədən Ukraynanın maliyyələşdirilməsi ilə bağlı məsələlərdə ortaq mövqe nümayiş etdirməkdə çətinlik çəkir.