Sumqayıtda mebel sexində YANĞIN - VİDEO
Hadisə

Sumqayıtda mebel sexində YANĞIN - VİDEO

İndi
10:57
0 baxış
Paylaş:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Y.Məmmədov küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Y.Məmmədov küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

Gundem.today xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mebel sexində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 750 kvadratmetr olan mebel sexinin yanar konstruksiyaları 70 kvadratmetr sahədə yanıb. Sexin böyük hissəsi, içərisində olan mebel və taxta materiallar yanğından mühafizə olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Sumqayıt_şəhəri#Fövqəladə_Hallar_Nazirliyi_(FHN)#Yanğın_hadisəsi#Dövlət_Yanğından_Mühafizə_və_Xüsusi_Riskli_Xilasetmə_xidməti

Oxşar Xəbərlər