
Sürücülərə sürüşmə təhlükəsi yaranan Bibiheybət yolu ilə bağlı ŞAD XƏBƏR
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) intensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərini yekunlaşdırıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) intensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərini yekunlaşdırıb.
Gundem.today xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Məlumata görə, ərazidə mümkün əlavə risklərin qarşısını almaq üçün qabaqlayıcı və təhlükəsizlik tədbirləri də paralel şəkildə həyata keçirilib.
Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün genişmiqyaslı bərpa işləri aparılıb. "İnşaat Norma və Qaydaları"na uyğun olaraq yeni torpaq yatağı və yol əsası inşa edilib, daha sonra həmin hissəyə tələb olunan qalınlıqda yeni asfalt örtüyü döşənib. Bununla yanaşı, ərazi boyunca səth sularının effektiv şəkildə kənarlaşdırılması üçün xüsusi drenaj tədbirləri görülüb.
Əraziyə cəlb olunmuş işçi qüvvəsi və xüsusi texnikaların fasiləsiz və operativ fəaliyyəti nəticəsində təxirəsalınmaz tədbirlər qısa zamanda və yüksək keyfiyyətlə başa çatdırılıb. Nəticədə yol yenidən sürücülərin istifadəsinə verilib və vətəndaşların rahat, təhlükəsiz hərəkəti təmin olunub.
Beləliklə, daha bir ərazidə nəqliyyat infrastrukturunun dayanıqlılığı bərpa edilərək əhalinin gündəlik gediş-gəlişi üçün əlverişli şərait yaradılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda ürəyi dayanan kişini xəstəxana həyətində həyata qaytardılar - ANBAAN VİDEO
Bakıda ürəyi dayanan xəstəni həkimlər həyata qaytarıblar.
CəmiyyətVəfat edən direktorun vəzifəsini icra edəcək şəxs məlum oldu - FOTO
Bu ilin mart ayının 5-də vəfat edən Şirvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fərhad Səfərovun yerinə təyinat olub.
CəmiyyətSumqayıtda bəzi küçələr niyə qazılır? - VİDEO
Sumqayıt şəhərində bir sıra küçələrdə qazıntı işləri həyata keçirilir.
CəmiyyətFemida müəllimə atəş açan şagirdi bağışlayacaq?
Kubra Məhərrəmova yazır...