Son dəqiqə
İsfahani: "Əgər İran neft ixrac edə bilmirsə, bunu başqalarına da etməyə qoymayacaq"Bakıda dayısını qətlə yetirən şəxsə AĞIR CƏZAPakistan İrana ABŞ ilə danışıqlara dair yeni təkliflər təqdim edibBağça müdiri olmaq istəyənlərin diqqətinəTürkiyə Qran-prisi "Formula-1"ə qayıdırMDU-da böyük azərbaycanlı yazıçı, alim Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunan konfrans keçirilib - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi
Kriminal

Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi

Bu gün
15:24
0 baxış
Paylaş:

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun 1 milyondan çox pulunu ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin məhkəmə baxışı keçirilib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun 1 milyondan çox pulunu ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin məhkəmə baxışı keçirilib.

Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilənə ittiham aktı elan edib.

Hakim İ.Səfərəliyevin ittiham olunduğu maddələrin sübuta yətiriləcəyi təqdirdə onun 14 ilədək azadlıqdan məhrum edilə biləcəyini xatırladıb.

İntiqam Səfərəliyev özünü elan edilmiş ittihamla təqsirli bilməyib.

Məhkəmə İntiqam Səfərəliyevə sərbəst ifadə vermək təklif etsə də, təqsirləndirilən şəxs indiki mərhələdə bundan imtina edib.

Vəsatət təmin olunub. Növbəti proses mayın 15-də davam edəcək.

Qeyd edək ki, "AzFinance İnvestisiya Şirkəti"nin direktoru, məşhur maliyyəçi İntiqam Səfərəliyev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.

Onu da qeyd edək ki, İ.Səfərəliyev T.Heydərova yalan vəd verərək onun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə təqsirləndirilir.

Heydərovun şikayəti əsasında İ.Səfərəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Ona sanksiyasında 10 ildən 14 ilə kimi həbs olan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda törədildikdə) maddəsi üzrə yekun ittiham verilib.

Onu da qeyd edək ki, İntiqam Səfərəliyev 2019-cu ildən "AzFinance İnvestisiya Şirkəti"nin direktoru işləyib. 15 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malik iş adamı Heydərovlara aid olduğu deyilən AFB Bankın Müşahidə Şurasının üzvü və başqa vəzifələrdə də çalışıb.

Xatırladaq ki, ötən prosesdə İ.Səfərəliyev barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəmə qərar verərək o iclas zalından azadlığa buraxılıb.

Elgün Həsənli

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#İntiqam_Səfərəliyev#Taleh_Heydərov#məhkəmə_işi#dələduzluq_ittihamı#AzFinance_İnvestisiya_Şirkəti#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#cinayət_işi#ev_dustaqlığı.

Oxşar Xəbərlər

Bakıda dayısını qətlə yetirən şəxsə AĞIR CƏZAKriminal

Bakıda dayısını qətlə yetirən şəxsə AĞIR CƏZA

Bakıda dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Bu gün
17:040
Atasını öldürməkdə təqsirləndirilən gəncin məhkəməsi başladıKriminal

Atasını öldürməkdə təqsirləndirilən gəncin məhkəməsi başladı

Atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün
15:160
Tanışını bıçaqlayıb qaçdı, cəza alarkən maddəsi dəyişdirildiKriminal

Tanışını bıçaqlayıb qaçdı, cəza alarkən maddəsi dəyişdirildi

Bakının Sabunçu rayonu ərazisində mübahisə etdiyi şəxsə bıçaqla xəsarət yetirən Qulu Məmmədovun cinayət işinin məhkəməsi yekunlaşıb.

Bu gün
14:280
Bakıda mağazadan 100 min manatlıq qızılın oğurlanma GÖRÜNTÜLƏRİKriminal

Bakıda mağazadan 100 min manatlıq qızılın oğurlanma GÖRÜNTÜLƏRİ

Nərimanov rayonunda yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazadan 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu gün
11:480