
Tanınmış bəstəkar Vaqif Gərayzadənin doğum günüdür
Bu gün tanınmış bəstəkar Vaqif Gərayzadənin doğum günüdür.
Bu gün tanınmış bəstəkar Vaqif Gərayzadənin doğum günüdür.
Gundem.today xatırladır ki, Vaqif Gərayzadə 27 mart 1961-ci ildə Bakı şəhərində anadan olub.
O, ilk musiqi təhsilini 1971-1976-cı illərdə Bakının Bakıxanov qəsəbəsindəki 4 saylı beşillik musiqi məktəbinin fortepiano sinfində alıb.
1983-1987-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun kütləvi tamaşalar rejissoru fakültəsini bitirən V.Gərayzadə 1993-1997-ci illərdə təhsilini bu ali məktəbin aspiranturasında davam etdirib.
Azərbaycan Dövlət Konsert Birliyində, Filarmoniyada işləyib. Mədəniyyət və İncəsənət Universiteti mədəniyyət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, həmçinin estrada populyar musiqi kafedrasının təşəbbüskarı və ilk müdiri olub.
Vaqif Gərayzadə müxtəlif janrlarda, o cümlədən caz, pop janrında əsərlərin müəllifidir. Bir sıra beynəlxalq festival və müsabiqələrin laureatı, "Aypara", "W-trio", "Şeron" musiqi qruplarının yaradıcısı, "Şərq ulduzları" və "Şərq çırağı" vokal qruplarının rəhbəri olub.
Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli fərmanı ilə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.
Bir çox hit musiqilərin müəllifi olan bəstəkar Azərbaycan estradasında Brilliant Dadaşovanın, Zülfiyyə Xanbabayevanın, Aygün Kazımovanın, Röyanın və bir çox tanınmış müğənnilərin yetişməsində böyük rol oynayıb.
Ailəlidir, 2 övladı var.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Mədəniyyət500 ildir dağılmayan qalanın divarlarında hələ də eşidilən müharibə səsi: Egey dənizi bir gecədə niyə alova bürünmüşdü? - FOTO- VİDEO
İzmirdə Egey dənizinin sahilində beynimdə bir-birini qovalayan müxtəlif fikirlərin əhatəsində asta-asta addımlayırdım. Hava isti olsa da, dənizdən xəfif külək gəlir, dalğaların səsi şəhərin ritminə əlavə rəng qatırdı. Elə həmin an gözüm ucu-bucağı olmayan bir qalaya və tikilinin girişində ucalan əzəmətli heykələ sataşdı: Sərt və yanında "kükrəməyə hazır aslan" olan bu heykəl Osmanlıda admiral və baş vəzir olan Cəzayirli Qazi Həsən Paşaya məxsus idi. Bəlkə də mənim kimi tarixin dərinliyinə baş vu
Mədəniyyət500 ildir dağılmayan qalanın divarlarında hələ də eşidilən müharibə səsi: Egey dənizi bir gecədə niyə alova bürünmüşdü? - FOTO - VİDEO
İzmirdə Egey dənizinin sahilində beynimdə bir-birini qovalayan müxtəlif fikirlərin əhatəsində asta-asta addımlayırdım. Hava isti olsa da, dənizdən xəfif külək gəlir, dalğaların səsi şəhərin ritminə əlavə rəng qatırdı. Elə həmin an gözüm ucu-bucağı olmayan bir qalaya və tikilinin girişində ucalan əzəmətli heykələ sataşdı: Sərt və yanında "kükrəməyə hazır aslan" olan bu heykəl Osmanlıda admiral və baş vəzir olan Cəzayirli Qazi Həsən Paşaya məxsus idi. Bəlkə də mənim kimi tarixin dərinliyinə baş vu
MədəniyyətTanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
Bu gün tanınmış bəstəkar, ixtisasca hüquqşünas olan Ələkbər Tağıyevin doğum günüdür.
Mədəniyyət"Meri Poppins" tamaşasının premyerası: "Özümü tərbiyələndirirəm ki..." - VİDEO
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında məşhur yazıçı Pamela Treversin "Meri Poppins" nağılı əsasında hazırlanan eyniadlı tamaşasının premyerası keçirilib.