Son dəqiqə
Türkiyədə məktəb faciələri: Psixoloq səbəbləri və həll yollarını AÇIQLADIMadaqaskarda prezidentə və həyat yoldaşına qarşı sui-qəsd cəhdiAzərbaycan Avropa çempionatında növbəti medalını qazandıArda Gülerdən "Real Madrid" azarkeşlərinə çağırışAzərbaycan və Rusiya rəsmiləri Ağbənd avtomobil körpüsünün tikintisi ilə tanış oldularYollarda görünüş məsafəsi məhdudlaşacaq
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Tarixdə ilk: "Qaranlıq enerji" cihazı Kainatın sirlərini üzə çıxardı
Tarixdə ilk: "Qaranlıq enerji" cihazı Kainatın sirlərini üzə çıxardı
Dünya

Tarixdə ilk: "Qaranlıq enerji" cihazı Kainatın sirlərini üzə çıxardı

Bu gün
01:24
0 baxış
Paylaş:

Astronomlar tarixin ən detallı Kainat xəritəsini tərtib ediblər.

Astronomlar tarixin ən detallı Kainat xəritəsini tərtib ediblər.

Gundem.today "New Scientist" nəşrinə istinadən xəbər verir ki, mütəxəssislər beş il ərzində səmanı DESI (Qaranlıq Enerji Spektroskopiya Aləti) vasitəsilə müşahidə ediblər. Toplanan məlumatlar 47 milyondan çox qalaktika və kvazarı əhatə edir ki, bu da əvvəlki xəritələrin həcmindən təxminən 10 dəfə çoxdur.

Müasir avadanlıq ABŞ-nin Arizona ştatındakı Kitt-Pik Milli Rəsədxanasında quraşdırılıb və 2021-ci ildən etibarən kosmosun skan edilməsinə başlanılıb. İlkin mərhələdə tədqiqatçılar 34 milyon obyekti öyrənməyi planlaşdırsalar da, cihaz gözləntiləri üstələyərək daha böyük nəticə göstərib. Xəritədəki bəzi qalaktikalar o qədər uzaqdadır ki, onları cəmi 100-200 foton (işıq zərrəciyi) vasitəsilə qeydə almaq mümkün olub.

Hazırlanan xəritə hazırda səmanın 14 000 kvadrat dərəcəsini əhatə edir və komanda bu sahəni 17 000 kvadrat dərəcəyə qədər genişləndirməyi planlaşdırır. Qeyd edək ki, tam səma 41 000 kvadrat dərəcədən çox olsa da, onun böyük bir hissəsi Süd Yolu kimi parlaq obyektlərin kölgəsində qaldığı üçün müşahidəyə qapalıdır. Layihənin əsas mərhələsi tamamlanıb, lakin toplanmış nəhəng məlumat bazasının təhlili daha bir il davam edəcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Kainat#kosmos#Qalaktika

Oxşar Xəbərlər

Madaqaskarda prezidentə və həyat yoldaşına qarşı sui-qəsd cəhdiDünya

Madaqaskarda prezidentə və həyat yoldaşına qarşı sui-qəsd cəhdi

Madaqaskar Prezidenti Mikael Randrianirina və onun həyat yoldaşına sui-qəsd cəhdi olub.

Bu gün
18:040
Kahramanmaraşda məktəbə hücum edən 14 yaşlı şagirdlə bağlı yeni məlumat - FOTODünya

Kahramanmaraşda məktəbə hücum edən 14 yaşlı şagirdlə bağlı yeni məlumat - FOTO

Kahramanmaraşda təhsil aldığı məktəbə silahlı hücum edərək qətliam törədən 14 yaşlı İsa Aras Mersinlinin ölüm səbəbi ilə bağlı yeni detallar məlum olub.

Bu gün
17:440
Gürcüstan yüksəkgəlirli xarici vətəndaşlara XÜSUSİ VİZA verəcəkDünya

Gürcüstan yüksəkgəlirli xarici vətəndaşlara XÜSUSİ VİZA verəcək

Gürcüstan hökuməti yüksəkgəlirli xarici vətəndaşlar üçün xüsusi viza növü tətbiq edib.

Bu gün
17:240
ABŞ İranı növbəti dəfə hədələdiDünya

ABŞ İranı növbəti dəfə hədələdi

Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələri İranın dəniz blokadasını davam etdirərək, Tehranın yanlış addım atacağı təqdirdə ölkənin enerji infrastrukturuna hücum edə bilər.

Bu gün
17:120