Son dəqiqə
"Santos"da şok qalmaqal: Neymar məşqdə Robinyonun oğlunu vurdu"İran Hörmüzdən keçən tankerə PUA-larla hücum edib" - BƏƏ-dən bəyanatCENTCOM-dan ABŞ gəmisinin vurulmasına REAKSİYAQlobal aviaşirkətlər iki milyon sərnişin yerini ixtisar etdilər - SƏBƏBABŞ-nin Hörmüzdə saxladığı İran gəmisinin 15 nəfərlik heyəti geri döndü"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. TƏBİB-də üç yüksək vəzifəyə TƏYİNAT - FOTO
TƏBİB-də üç yüksək vəzifəyə TƏYİNAT - FOTO
Cəmiyyət

TƏBİB-də üç yüksək vəzifəyə TƏYİNAT - FOTO

Bu gün
14:52
0 baxış
Paylaş:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) rəhbərliyində yeni təyinatlar olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) rəhbərliyində yeni təyinatlar olub.

Gundem.today xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, Ramil Səfər oğlu Muxtarzadə, Töhfə Ramiz qızı Cəmilova, Bahadur Məhərrəm oğlu Rzayev TƏBİB-in İcraçı direktorunun müşavirləri təyin olunublar.

R.Muxtarzadə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub. Daha sonra Bakı Dövlət Universitetində eyni ixtisas üzrə magistr dərəcəsi alıb və bu mərhələni də fərqlənmə ilə tamamlayıb. Bununla yanaşı, İsveçdə yerləşən Kral Texnologiya İnstitutunda biznesin inkişafı və davamlılığı sahəsində mini-MBA proqramını uğurla keçib.

1998-2008-ci illərdə "Nielsen Company"nin Azərbaycan nümayəndəliyinin rəhbəri olaraq fəaliyyət göstərib. 2008-2013-cü illərdə "Azercell Telecom"da biznes təhlili üzrə ekspert kimi, 2010-2013-cü illərdə "TeliaSonera" Avrasiya Analitik Komandasının və Beynəlxalq Mobil Qrupunun üzvü olub.

2014-2015-ci illərdə "Avirtel" şirkətinin kommersiya direktoru, 2016-cı ildə isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorunun kommersiya məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. 2017-2023-cü illərdə xaricdə özəl biznes sahəsində fəaliyyətini davam etdirərək, bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

2023-cü ildən etibarən hazırkı təyinatınadək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri kimi fəaliyyət göstərib.

Onun adı 2005-ci ildə Vektor Beynəlxalq Elm Mərkəzi tərəfindən "XXI əsr Azərbaycan ziyalıları" ensiklopediyasında yer alıb.

T.Cəmilova Azərbaycan Tibb Universitetini həkim-oftalmoloq ixtisası üzrə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil alaraq iqtisadçı ixtisası üzrə diplom alıb.

2023-cü ildə London Universitetinin "London School of Hygiene and Tropical Medicine" məktəbində İctimai səhiyyə ixtisası üzrə elmlər magistri dərəcəsini alıb.

2008-ci ildən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində həkim-metodist, Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsinin müdiri, 2010-cu ildən isə Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri vəzifələrində çalışıb.

B.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr təhsili aldıqdan sonra İstanbul Universitetinin təşkilatların idarəolunması üzrə magistr proqramını proqram birincisi kimi başa vurub.

Elmi fəaliyyəti çərçivəsində 2018-2019-cu illərdə Almaniyanın RWTH Aachen Universitetində dissertasiya mövzusu üzrə araşdırmalar aparıb.

2022-2023-cü illərdə isə dövlət proqramı çərçivəsində Böyük Britaniyanın Birmingem Universitetində səhiyyə siyasəti və idarəetməsi ixtisası üzrə ikinci magistr təhsilini ən yüksək nəticə və fərqlənmə ilə tamamlayıb.

2019-2022-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müxtəlif vəzifələrdə çalışıb.

2023-2024-cü illərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri, 2025-ci ildən hazırkı təyinatınadək isə İdarə Heyəti sədrinin müşaviri vəzifəsində fəaliyyət göstərib.

B.Rzayev 2021-ci ildə keçirilən "Yüksəliş" müsabiqəsinin finalçısı olub. O, həmçinin 2023 və 2024-cü illərdə Almaniyada yaşayan azərbaycanlı həkimlərin forumunda məruzəçi kimi çıxış edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#TƏBİB_yeni_təyinatlar#Ramil_Muxtarzadə#Töhfə_Cəmilova#Bahadur_Rzayev#icraçı_direktorun_müşaviri#səhiyyə_xəbərləri#rəsmi_kadr_təyinatı#tibbi_idarəetmə#səhiyyə_islahatları

Oxşar Xəbərlər

"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİCəmiyyət

"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ

"Space" televiziyasına yeni baş direktor təyin edilib.

Bu gün
15:460
"Report" UNEC Tədqiqat Fondu ilə birlikdə yeni analitik məhsul təqdim edirCəmiyyət

"Report" UNEC Tədqiqat Fondu ilə birlikdə yeni analitik məhsul təqdim edir

"Global Media Group" və UNEC Tədqiqat Fondunun birgə əməkdaşlığı çərçivəsində "Report" İnformasiya Agentliyində yeni analitik layihənin icrasına başlanılıb.

Bu gün
15:400
Kollecə hazırlaşanların DİQQƏTİNƏ: Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDICəmiyyət

Kollecə hazırlaşanların DİQQƏTİNƏ: Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/27-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə plan yeri ayrılmayıb.

Bu gün
15:100
Neftçalada 11, Hacıqabulda 1 kənd qazsız qalacaqCəmiyyət

Neftçalada 11, Hacıqabulda 1 kənd qazsız qalacaq

Mayın 5-də saat 10:00-dan etibarən Neftçala və Hacıqabul rayonlarının bəzi ərazilərində qaz müvəqqəti kəsiləcək.

Bu gün
15:060