
Tramp baş prokuroru vəzifədən azad edir?
ABŞ Prezidenti Donald Tramp baş prokuror Pem Bondini işdən çıxarmağı düşünür.
ABŞ Prezidenti Donald Tramp baş prokuror Pem Bondini işdən çıxarmağı düşünür.
Gundem.today-ın xəbərinə görə, bu barədə "The New York Times" məlumat yayıb.
Qəzetin yazdığına görə, ABŞ lideri P.Bondini hazırda ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinə rəhbərlik edən Li Zeldinlə əvəzləməyi təklif edib. Trampın narazılığının əsas səbəbi Ədliyyə Nazirliyinin və onun qurumunun məhkum edilmiş maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərin açıqlanması ilə bağlı hərəkətləridir. Bildirilib ki, onun vəzifəsindən azad edilməsi ilə bağlı yekun qərar hələ verilməyib.
Xatırladaq ki, bundan əvvəl Bondi ağır cinayətlərdə təqsirləndirilən amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərdə adı çəkilən 300-dən çox nüfuzlu şəxsin siyahısını dərc edib. Yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi 3 milyon səhifədən çox sənədin, eləcə də Epşteyn dosyesindən 2 mindən çox video və 180 min fotoşəkilin açıqlanmasını başa çatdırıb. Onların arasında müxtəlif ölkələrdən olan kral ailələrinin üzvlərinin, tanınmış dövlət məmurlarının, iş adamlarının, diplomatların və akademiklərin də adları var. Maliyyəçinin tanışları sırasında ABŞ-nin 42-ci prezidenti Bill Klintonun da adı hallanır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandı
ABŞ Silahlı Qüvvələri altıncı nəsil "F-47" qırıcısının sürətləndirilmiş şəkildə hazırlanmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məqsəd prototipin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsidir.
DünyaTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
Dünya"Qiyamət günü saatı" xəbərdarlığı: İrana qarşı nüvə silahından istifadə ehtimalı nə qədərdir?
"ABŞ və ya İsrail tərəfindən İrana qarşı nüvə silahından istifadə ehtimalı aşağı olaraq qalır".