
Tramp: "İran ABŞ-nin tələblərini qəbul etməyə razıdır" – Sülh yaxınlaşır? - VİDEO
ABŞ lideri Donald Tramp rəsmi Tehranın Vaşinqtonun şərtlərinin böyük bir qismini icra etməyə razılaşdığını bəyan edib.
ABŞ lideri Donald Tramp rəsmi Tehranın Vaşinqtonun şərtlərinin böyük bir qismini icra etməyə razılaşdığını bəyan edib.
Gundem.today xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Florida ştatından Vaşinqtona qayıdarkən təyyarədə media nümayəndələrinin suallarını cavablandıran dövlət başçısı gərginliyi azaltmaq məqsədilə İrana 15 bənddən ibarət sənəd təqdim edildiyini təsdiqləyib:
"Onlar hazırladığımız planı qəbul edirlər. Bizim onlardan 15 tələbimiz olub".
Həmçinin ABŞ lideri İran hökumətinin bu şərtləri böyük ölçüdə yerinə yetirəcəyinə inandığını bildirib:
"Bundan əlavə, onlardan daha bir neçə məsələnin həllini tələb edəcəyik".
Ağ Ev rəhbəri tərəflər arasında ortaq məxrəcə gəlinəcəyinə ümid etdiyini vurğulayıb:
"İranla rəsmi anlaşmanın imzalanacağını gözləyirəm və bu, yaxın vaxtlarda reallaşa bilər. Onlarla razılığa gələcəyimizə tam inanıram. Lakin bunun baş tutmama ehtimalı da istisna deyil".
Bununla yanaşı, ABŞ dövlət başçısı hazırda İranda qeyri-rəsmi olaraq iqtidar dəyişikliyinin yaşandığına inandığını da diqqətə çatdırıb. İran hakimiyyətinin nümayəndələrindən bəhs edən Tramp deyib:
"Bunu faktiki rejim dəyişikliyi kimi qiymətləndirirəm. Sözün düzü, onlar kifayət qədər praqmatik addımlar atırlar".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTO
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu
"ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır".
DünyaABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb
Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.