
Tramp İran məsələsində Papanı yenidən tənqid edib - FOTO
ABŞ Prezidenti Donald Tramp Ağ Evin İrandakı siyasətini tənqid edən Roma Papası XIV Leoya yenidən müraciət ünvanlayıb.
ABŞ Prezidenti Donald Tramp Ağ Evin İrandakı siyasətini tənqid edən Roma Papası XIV Leoya yenidən müraciət ünvanlayıb.
Gundem.today xəbər verir ki, bu barədə o, "Truth Social" hesabında paylaşım edib.
"Kimsə Papa Leoya İranın son iki ayda ən azı 42 000 günahsız, tamamilə silahsız etirazçını öldürdüyünü və İranın Nüvə Bombasına sahib olmasının tamamilə qəbuledilməz olduğunu deyə bilərmi?" - deyə Ağ Ev lideri paylaşımında vurğulayıb.
Qeyd edək ki, aprelin 12-də Roma Papası XIV Leo İrandakı hərbi əməliyyatları dayandırmağa və problemi sülh yolu ilə həll etməyə çağırış edib. O, "qadiri-mütləqlik illüziyası"nın bu müharibəni daha da alovlandırdığını bildirib. Tramp isə öz növbəsində qeyd edib ki, ABŞ olmasaydı, Papa XIV Leo Vatikanda otura bilməzdi. Buna cavab olaraq Papa Ağ Ev Administrasiyasından heç bir qorxusu olmadığını və İrandakı müharibə ilə bağlı öz mövqeyini açıq bildirməyə davam edəcəyini vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilir
ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Keş Patel "The Atlantic" jurnalını məhkəməyə verəcəyini açıqlayıb.
Dünyaİran hava məkanını qismən AÇDI
Fevralın 28-dən bəri ilk dəfə olaraq İranın Mülki Aviasiya Təşkilatı ölkənin hava məkanını mülki uçuşlar üçün qismən açıb. Hazırda yalnız ölkənin şərq hissəsində təyyarələrin hərəkətinə icazə verilir.
DünyaHörmüz müəmması: Qalibaf Trampın dediklərini təkzib etdi
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlar aparılması barədə səsləndirdiyi iddialara cavab verib.
DünyaAlyaskada ayı iki hərbçiyə hücum edib
ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində fəaliyyət göstərən Elmendorf-Riçardson hərbi bazasında iki əsgər qonur ayının hücumuna məruz qalaraq yaralanıb.