
Tramp İsa Məsih obrazındakı şəklini silib
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə paylaşdığı, süni intellekt vasitəsilə hazırlanmış və onu İsa Məsih obrazında əks etdirən şəkli silib.
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə paylaşdığı, süni intellekt vasitəsilə hazırlanmış və onu İsa Məsih obrazında əks etdirən şəkli silib.
Gundem.today "The Guardian" nəşrinə istinadən xəbər verir ki, sözügedən paylaşım həm dindarlar, həm də Trampın tərəfdarları tərəfindən kəskin tənqid olunub.
Bəzi konservativ şərhçilər Ağ Ev rəhbərinin bu addımını dini dəyərlərə hörmətsizlik kimi qiymətləndiriblər. Artan narazılıqlar fonunda Tramp məsələyə aydınlıq gətirməyə çalışıb. O bildirib ki, şəkildə özünü İsa Məsih kimi deyil, insanlara yardım edən xeyirxah bir həkim obrazında təsəvvür edib. Buna baxmayaraq, paylaşım geniş narazılıq doğurduqdan sonra silinib.
ABŞ Prezidenti Donald Tramp özünün İsa Məsihə bənzəyən obrazda təsvir olunduğu fotoşəkil paylaşıb.
Gundem.today xəbər verir ki, o, həmin şəkli "Truth Social" sosial şəbəkəsindəki hesabında yayımlayıb.
Fotoda ağ xiton və qırmızı örtük geyinmiş Trampın ovcundan işıq saçılır. Dövlət başçısı bir əli ilə xəstəxana geyimində uzanmış kişiyə toxunur. Prezidentin ətrafında tibb bacısı, hərbçi, üzərinə "veteran" yazılmış kepkalı kişi və dua edən qadın dayanıb. Arxa fonda, Trampın sağ tərəfində Azadlıq heykəli görünür, onun üzərində isə atəşfəşanlıq və uçan təyyarələr təsvir edilib. ABŞ liderinin başı üzərində hərbi formada olan qanadlı kişi siluetləri çəkilib və onlardan da işıq saçır. Şəklin yuxarı sağ və sol künclərində ABŞ-nin rəmzi sayılan ağbaş qartallar yerləşdirilib. Təsvirin sağ tərəfində isə ölkənin bayrağı dalğalanır.
Qeyd edək ki, bu şəkli ilk dəfə 2026-cı ilin martında ABŞ prezidentinin Amerika turizmi, müstəsnalığı və dəyərləri üzrə xüsusi nümayəndəsi təyin edilmiş siyasətçi və yazıçı Nik Adams paylaşıb. O, fotonu fevralın əvvəlində "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirib. Bu fotonun yayımlanmasından qısa müddət əvvəl Tramp Roma Papası XIV Leo xarici siyasətə dair baxışlarına görə tənqid etmişdi. ABŞ Prezidenti bildirmişdi ki, Papa İranı dəstəklədiyi və cinayətkarlıq qarşısında zəif olduğu üçün xarici siyasətdə bərbaddır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilir
ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Keş Patel "The Atlantic" jurnalını məhkəməyə verəcəyini açıqlayıb.
Dünyaİran hava məkanını qismən AÇDI
Fevralın 28-dən bəri ilk dəfə olaraq İranın Mülki Aviasiya Təşkilatı ölkənin hava məkanını mülki uçuşlar üçün qismən açıb. Hazırda yalnız ölkənin şərq hissəsində təyyarələrin hərəkətinə icazə verilir.
DünyaHörmüz müəmması: Qalibaf Trampın dediklərini təkzib etdi
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlar aparılması barədə səsləndirdiyi iddialara cavab verib.
DünyaAlyaskada ayı iki hərbçiyə hücum edib
ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində fəaliyyət göstərən Elmendorf-Riçardson hərbi bazasında iki əsgər qonur ayının hücumuna məruz qalaraq yaralanıb.