
Tramp keçmiş FTB direktorunu "çirkli polis" adlandırdı: "86 47 "Prezidenti öldürmək" deməkdir" - FOTO
ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komini "çirkli polis" adlandırıb və onu siyasətçilərə təhlükə yaratmaqda günahlandırıb.
ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komini "çirkli polis" adlandırıb və onu siyasətçilərə təhlükə yaratmaqda günahlandırıb.
Gundem.today-ın xəbərinə görə, bu barədə Tramp "Truth" sosial şəbəkə hesabında paylaşım edib.
Trampın sözlərinə görə, Kominin FTB-nin rəhbəri kimi hərəkətləri ABŞ siyasətində təhlükəli vəziyyətin yaranmasına səbəb olub.
Trampın sözlərinə görə, "86" mafiya terminidir və "onu öldürün" deməkdir.
"Onlar deyirlər ki, "86 onu!", 86 47 "Prezident Trampı öldürmək" deməkdir. Ən pislərdən biri olan çirkli polis Ceyms Komi bunu çox yaxşı bilir! Sərhəddən səkkiz mil, altı fut aşağı! Məgər o bu barədə FTB-yə yalan danışmayıb??? Düşünürəm ki, hə! Prezident Tramp", - deyə o yazıb.
Xatırladaq ki, Ceyms Komi bu yaxınlarda Virciniyada federal məhkəmə qaşısına çıxıb. O, prezidentin ünvanına təhdidlərdə ittiham olunub. Buna səbəb 86 və 47 rəqəmlərinin olduğu fotoşəklin dərc olunması olub ki, istintaqın versiyasına görə, bu rəqəmlər hazırkı dövlət başçısının aradan qaldırılmasına (sui-qəsd) işarə kimi şərh edilə bilər.
Komi özü günahını etiraf etməyib. Qısa dinləmədən sonra o, hər hansı məhdudiyyət qoyulmadan azadlığa buraxılıb, onun vəkilləri isə Ədliyyə Nazirliyinin hərəkətlərindən apellyasiya şikayəti vermək niyyətində olduqlarını bildiriblər və təqibi seçici adlandırıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTO
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu
"ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır".
DünyaABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb
Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.