
Tramp Kubaya qarşı yeni sanksiyalar tətbiq etdi
ABŞ Prezidenti Donald Tramp Kuba adasının yüksəkvəzifəli məmurlarına və ada dövlətinin rəhbərliyi ilə əlaqəsi olan şəxslərə qarşı yeni sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.
ABŞ Prezidenti Donald Tramp Kuba adasının yüksəkvəzifəli məmurlarına və ada dövlətinin rəhbərliyi ilə əlaqəsi olan şəxslərə qarşı yeni sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.
Gundem.today "Kommersant" nəşrinə istinadən xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin məlumatına görə, sənəd Birləşmiş Ştatların milli təhlükəsizliyinin qorunması üçün zəruridir.
Yeni məhdudiyyətlərin hədəfində kimlərin olduğu dəqiqləşdirilmir. Yeni sanksiyalar Kubanın təhlükəsizlik aparatı ilə əlaqəli olan, korrupsiyada və insan hüquqlarının pozulmasında əli olan şəxslər və təşkilatlara şamil edilir.
Fərman həmçinin sanksiyaları yan keçməklə maliyyə əməliyyatlarına köməklik göstərənlərə qarşı yeni məhdudiyyətlərin tətbiqinə icazə verir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaRusiya aeroportlarında yeni qaydalar tətbiq olunub
Rusiya hava limanlarında xarici akkumulyatorların daşınması ilə bağlı yeni qaydalar tətbiq edilir. Bu qaydalara əsasən, sərnişinlərə təyyarəyə özləri ilə ikidən çox "powerbank" götürməyə icazə verilməyəcək. Nəzarətin gücləndirilməsi yenilənmiş beynəlxalq təhlükəsizlik tələbləri ilə bağlıdır.
DünyaDiplomatiya, yoxsa müharibəyə davam? - Tramp seçimləri açıqladı
ABŞ Prezidenti Donald Tramp İranla nüvə danışıqlarında yalnız iki alternativin olduğuna inanır: ya yeni saziş bağlanmalı, ya da İslam Respublikasının sonu gəlməlidir.
Dünyaİran Fars körfəzinin idarə edilməsi qaydalarını dəyişəcək: SEPAH-dan AÇIQLAMA
İranın ali rəhbəri Müctəba Xamenei Fars körfəzinin idarə olunması üçün yeni qaydaların müəyyən ediləcəyini açıqlayıb.
Dünyaİran Fars körfəzinin idarə edilməsi qaydalarını dəyişəcək: SEPAH-dan BƏYANAT
İranın ali rəhbəri Müctəba Xamenei Fars körfəzinin idarə olunması üçün yeni qaydaların müəyyən ediləcəyini açıqlayıb.