
Tramp NATO ölkələrini hədələdi - Hansı Avropa dövlətləri cəzalandırıla bilər?
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO-nun Baş katibi Mark Rütte ilə görüşdə alyansa üzv Avropa ölkələrinin Birləşmiş Ştatlara hərbi bazalarını təqdim etmək istəməmələrindən son dərəcə əsəbiləşdiyini diqqətə çatdırıb.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO-nun Baş katibi Mark Rütte ilə görüşdə alyansa üzv Avropa ölkələrinin Birləşmiş Ştatlara hərbi bazalarını təqdim etmək istəməmələrindən son dərəcə əsəbiləşdiyini diqqətə çatdırıb.
Gundem.today-ın xəbərinə görə, bu barədə "Financial Times" (FT) nəşri qapalı danışıqlardan xəbərdar olan mənbələrə istinadən məlumat verib.
Mənbənin fikrincə, Tramp İranla müharibəni kifayət qədər dəstəkləməyən Avropa dövlətlərini cəzalandırmaqla hədələyib, lakin görüşdə konkret tədbirləri açıqlamayıb.
Nəşri qeyd edir ki, son həftələrdə ABŞ lideri hərbi bazaların istifadəsini blokladıqlarına və ya öz hava məkanlarını onlara bağladıqlarına görə Avropa paytaxtlarını tənqid edib, eləcə də bəzi NATO ölkələrini ehtiyac olduğu zaman yanında olmamaqda günahlandırıb.
Tramp son günlərdə Böyük Britaniya da daxil olmaqla, Avropa müttəfiqlərini İranla müharibəyə qoşulmaqdan imtina etdiklərinə görə kəskin tənqid edir. Bütün Avropa İttifaqı (Aİ) ölkələri İrana qarşı ABŞ tərəfindən hərbi əməliyyatlarda iştirak etməkdən imtina ediblər. Buna cavab olaraq Amerika lideri Avropa müttəfiqlərini qorxaq adlandırıb və bunu unutmayacağına söz verib. O, həmçinin NATO-nu tənqid edərək, alyansı "kağız pələng" adlandırıb.
Aprelin 1-də "Reuters" agentliyinə verdiyi müsahibədə Tramp NATO-ya qarşı ikrah hissi duyduğunu və ABŞ-nin alyansdan çıxması məsələsini nəzərdən keçirdiyini deyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyəli nazir: "NATO ölkələri Hörmüz boğazının açılması üçün kömək etməyə borclu deyillər"
"NATO-ya üzv ölkələr ABŞ və İsrailə Hörmüz boğazının açılmasında və gəmilərin bu su yolundan keçidinin təhlükəsizliyinin təmin edilməsində yardım göstərməyə borclu deyillər".
DünyaKir Starmer enerji qiymətlərinə görə Tramp və Putini tənqid edib
Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərinin enerji xərclərini kəskin şəkildə artırmasına səbəb olmasından yorulduğunu ifadə edib.
DünyaRusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini ələ keçirdi
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb.
DünyaSEPAH Pakistanın xahişi ilə Livana hücumları təxirə saldı - FOTO
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livan ərazisinə edilən hücumlara qarşı planlaşdırdığı cavab tədbirini təxirə salıb.