
Tramp Netanyahuya Livana hücumlarla bağlı məsləhətlər verib
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya müraciət edərək Livanda ancaq hədəfli hücumlar həyata keçirməyi məsləhət görüb.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya müraciət edərək Livanda ancaq hədəfli hücumlar həyata keçirməyi məsləhət görüb.
Gundem.today-ın məlumatına görə, Ağ Ev rəhbəri bu barədə "Axios" portalına müsahibəsi zamanı danışıb.
"Mən Netanyahuya fəaliyyətini daha da hədəflənmiş şəkildə qurmalı olduğunu söylədim. Binaları məhv etmək olmaz. O buna yol verə bilməz. Belə hallar çox qorxuncdur və İsrailin imicinə xələl gətirir", - deyə Ağ Ev lideri bildirib.
O, Livanı və ölkə rəhbərliyini bəyəndiyini xüsusi diqqətə çatdırıb. ABŞ prezidenti, həmçinin hesab edir ki, Tehranla bağlı əməliyyatlar başa çatdıqdan sonra bu dövlət yenidən dirçələ bilər.
"İran Livanı viran etdi. Onların oyuncağı olan "Hizbullah" Livanı dağıtdı. İran məğlub olduqda "Hizbullah" da avtomatik olaraq məğlub ediləcək", - deyə Tramp əlavə edib.
ABŞ-li digər bir rəsmi nəşrlə söhbətində deyib ki, Donald Tramp administrasiyası İsraildən təmkinli olmağı və Livanla yeni diplomatik prosesə şərait yaratmağı xahiş edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTO
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu
"ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır".
DünyaABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb
Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.